Heqiqet.Az » hadise » 85 yaşlı kişi maşınla adam vuraraq öldürüb


85 yaşlı kişi maşınla adam vuraraq öldürüb

26-02-2024, 09:39
Çap et
Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lənkəran rayonunun Şağlaser kənd sakini 1939-cu il təvəllüdlü Əskərov Sayadulla Yadulla oğlu idarə etdiyi “Mercedes Benz 190” markalı avtomobil ilə Lənkəran-Boradigah avtomobil yolunun 3-cü kilometrliyində piyada 1959-cu il təvəllüdlü Paşayev Firdosi Mansur oğlunu vurub.
Nəticədə F.Paşayev hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Reytinq: