Bərdədə mal-qara oğurlayan dəstə ələ keçdi7-03-2024, 12:00
Çap et Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qazaxlar, Mehdili, Mustafaağalı, Tumaslı kəndlərindən ayrı-ayrı vaxtlarda müxtəlif vətəndaşlara məxsus mal-qara oğurlayan 3 nəfər saxlanılıb. Araşdırmalarla oğurluq əməllərini törətməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini Rövşən Oruczadə, onun tanışları, Neftçala rayon sakini Atakişi Əliyev və Bərdə rayon sakini Səbuhi Ələsgərovun əvvəlcədən əlbir olaraq bir qrup şəxs halında Bərdə, Tərtər və Neftçala rayonlarından müxtəlif vaxtlarda vətəndaşlara məxsus iribuynuzlu və xırdabuynuzlu heyvan oğurladıqları məlum olub. Dindirmə zamanı onlar oğurladıqları mal-qaranı satıb əldə etdikləri pulu öz aralarında böldüklərini etiraf ediblər. Oğurluq əməlini törətməkdə şübhəli bilinən hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda onların digər analoji cinayət əməllərinin olub-olmadığı araşdırılır. Faktlarla bağlı araşdırmalar davam etdirilir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
