Heqiqet.Az » sosial » Saxta yolla tez pensiyaya çıxmağın qarşısı necə alınacaq? - Komitə sədri AÇIQLADI


Saxta yolla tez pensiyaya çıxmağın qarşısı necə alınacaq? - Komitə sədri AÇIQLADI

3-04-2024, 14:37
Çap et
Azərbaycanda saxta yolla qəyyumluğa və ya övladlığa uşaq götürərək daha tez pensiyaya çıxmağın qarşısı alınacaq.
Bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi şərh edən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, hazırki qanunvericiliyə görə, qohum uşaqlarını qəyyumluğa götürməklə uşaqların sayı 5 və daha çox olardısa, 5 il daha tez pensiyaya çıxmaq hüququ yaranırdı.
“Praktika göstərir ki, belə hallarda daha çox subyektiv olaraq uşaqların adı sənəddə öz əksini tapırdı, amma faktiki olaraq uşaqlar elə öz ailələrində yaşayırdı. Yəni burada bir qədər qanundan sui-istifadə halları yaranırdı. İndiki dəyişiklikdən sonra yalnız valideyn himayəsindən məhrum olmuş və yaxud valideynini itirmiş uşaqlar övladlığa və ya qəyyumluğa götürülərkən bu hüquq yaranır.
Belə olan halda isə həm sui-istifadə halları aradan qalxacaq, həm də ailələrə daha çox stimullaşdırıcı təsir göstərəcək ki, valideyin himayəsindən məhrum olan uşaqları qəyyumluğa və yaxud valideyn himayəsinə götürsünlər”, - deyə o, əlavə edib.
Qeyd edək ki, dəyişikliklər Milli Məclisin martın 29-da keçirilən plenar iclasında müzakirəyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Reytinq: