Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib10-06-2024, 10:48
Çap et Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Müdafiə Nazirliyinin və Milli Müdafiə Universitetinin nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, məktəblilər, eləcə də digər qonaqların iştirak etdiyi mərasimlərdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirlər çərçivəsində şəhidlərimizin məzarları ziyarət olunub, xatirələrinə dualar oxunub. Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, eləcə də Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirlərdə çıxış edənlər torpaqlarımızın azadlığı uğrunda gedən döyüş əməliyyatlarında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində rəşadətli Ordumuzun düşmən üzərində qazandığı parlaq Qələbədən söz açıblar. Sonra şəhidlərimizin ömür və döyüş yoluna həsr olunan videoçarxlar nümayiş olunub. Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Anım mərasimlərində şəhidlərimizə həsr olunan şeirlər, vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqilər səsləndirilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
15:40
“Vətəni sevmək imandandır” – Vətən sevgəsinin, şəhidlik zirvəsinin və tarixi yaddaşın təntənəsi.10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
