Avropa İttifaqının komissarı Azərbaycandadır20-06-2024, 15:47
Çap et Avropa İttifaqının iqlim fəaliyyəti üzrə komissarı Vopke Hoekstra Azərbaycanda səfərdədir.Bu barədə Aİ komissarı "X" sosial şəbəkə hesabında bildirib. "Hökumət nümayəndələri və vətəndaş cəmiyyəti ilə COP29 prioritetlərini və iqlim ambisiyalarını müzakirə etmək üçün tam gün Bakıdayam. Biz BƏƏ-də əldə olunan konsensusun bütün qlobal enerji keçidi hədəflərini həyata keçirməli və bunu iddialı iqlim maliyyəsi vasitəsilə dəstəkləməliyik", - Aİ rəsmisi qeyd edib. Avropa Komissiyasının dünənki bəyanatında qeyd edildiyi kimi, Hoekstra COP29-un prezidentliyə namizədi, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və COP29-a sədrlik komandası ilə görüşəcək. O, həmçinin energetika naziri Pərviz Şahbazov və xarici işlər naziri Ceyhun Bayramovla ikitərəfli görüşlər keçirəcək, Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ilə fikir mübadiləsi aparacaq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
00:19
YENİ NƏŞR11:41
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib15:40
“Vətəni sevmək imandandır” – Vətən sevgəsinin, şəhidlik zirvəsinin və tarixi yaddaşın təntənəsi.Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Avropa İttifaqının iqlim fəaliyyəti üzrə komissarı Vopke Hoekstra Azərbaycanda səfərdədir.