Heqiqet.Az » siyaset » MSK sədri: Parlament seçkilərinin keçirilməsi üçün ölkə üzrə 6400-dən çox seçki məntəqəsində şərait yaradılır


MSK sədri: Parlament seçkilərinin keçirilməsi üçün ölkə üzrə 6400-dən çox seçki məntəqəsində şərait yaradılır

10-07-2024, 11:50
Çap et
Azərbaycan yeganə ölkədir ki, seçkilərdə media subyektləri heç bir qurumdan icazə almırlar və onlar seçkilərin işıqlandırılması prosesinə sərbəst şəkildə qoşulurlar.
Bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə söyləyib.
MSK sədri bildirib ki, parlament seçkilərinin keçirilməsi üçün ölkəmizdə 125 seçki dairəsi üzrə 6400-dən artıq seçki məntəqəsində şərait yaradılır.
O qeyd edib ki, ötən prezident seçkilərində işğaldan azad edilmiş ərazilərdə 26 seçki məntəqəsi yaradılmışdı.
"Parlament seçkilərində isə seçki məntəqələrinin sayı artacaq və seçkilər daha geniş tərkibdə keçiriləcək", - deyə M. Pənahov vurğulayıb.
Reytinq: