FIFA reytinqi: Azərbaycan millisi mövqeyini qoruyub, son Avropa çempionu “üçlüy”ə daxil olub18-07-2024, 12:50
Çap et ![]() Azərbaycan millisinin mövqeyi dəyişməyib. Fernandu Santuşun rəhbərlik etdiyi yığma 1179.88 xalla 111-ci pillədəki yerini qoruyub. Reytinq cədvəlinin ilk 3 pilləsində isə dəyişiklik olub. Siyahıya son dünya çempionu və Amerika Kubokunun qalibi Argentina seçməsi (1901.48) başçılıq edir. Fransa (1854,91) ikinci sırada qərarlaşıb. Son Avropa çempionu İspaniya (1729,92) 5 pillə irəliləyərək 3-cü yerə yüksəlib. Avro-2024-ün finalçısı İngiltərə (1812,26) isə 4-cü sıraya qalxıb. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|