Hindistan Çinlə sərhəd yaxınlığında hərbi təlimlərə başlayıb7-08-2024, 12:19
Çap et Hindistan Müdafiə Nazirliyinin məlumatına görə təlimlərə silahlı qüvvələrin şimal komandanlığının zərbə ordusu korpusunun tank, artilleriya və piyada hissələri cəlb olunub. Manevrlərin məqsədi ən müasir silahlardan istifadə etməklə qoşunlara yüksək dağlıq ərazidə döyüş əməliyyatlarının yeni konsepsiyalarını aşılamaqdır. Təlimlər Ladax regionunda Çinlə Hindistan arasında davam edən gərginlik və hər iki ölkə qoşunlarının sərhəd bölgələrindən çıxarılması istiqamətində davam edən səylər fonunda keçirilir. Himalay dağlarında Hindistan və Çin arasında demarkasiya edilmiş sərhədin olmaması səbəbindən həmin bölgə onilliklər ərzində davam edən gərginlik mənbəyinə çevrilib. Pekin və Dehli arasında münasibətlər 2020-ci ilin mayında Şərqi Ladax regionunda silahlı qarşıdurma başlaması ilə kəskin şəkildə pisləşib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib13:40
“Yaddaşın kodları – Qarabağdan Göyçəyə”: Tarixi irsi rəqəmsal texnologiyalarla canlandıran layihəHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
