Mehriban Əliyeva Azərbaycanın inkişafı naminə yorulmadan çalışır və ölkəmizin tərəqqisinə layiqli töhfələr verir25-08-2024, 21:03
Çap et Onun rəhbərliyi altında xeyli sayda əhəmiyyətli layihələr həyata keçirilib. Bütün bu layihələr xalqımızın və dövlətimizin mənafeyinə xidmət edib. Onun müəllifi olduğu layihələrin əsasında insan amili, cəmiyyətdən və əhalidən gələn sosial sifarişlər dayanır. Təşəbbüsü ilə genişmiqyaslı və ictimai əhəmiyyətli layihələr uğurla həyata keçirilir. Bütün fəaliyyəti boyu Heydər Əliyev ideyalarına əsaslanaraq Azərbaycanın inkişafına, milli məqsədlərin həyata keçirilməsinə, ölkənin ictimai həyatının bütün sahələrində əhəmiyyətli təşəbbüslər irəli sürərək mühüm işlərə imza atıb. Dövlətinin və xalqının maraqlarını hər şeydən üstün tutan görkəmli ictimai-siyasi xadim Mehriban Əliyeva ən işgüzar Birinci xanım kimi Azərbaycan Respublikasının inkişafı naminə yorulmadan çalışır və ölkəmizin tərəqqisinə layiqli töhfələr verir. Xeyirxahlığı, mərhəməti, insanlara qayğı və sevgisi, nəcib təşəbbüsləri və bənzərsiz ictimai fəaliyyəti ilə Mehriban xanım cəmiyyətin bütün təbəqələrinin dərin rəğbət və hörmətini qazanıb. Görkəmli ictimai - siyasi xadim Mehriban xanım Əliyevanın humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərindən irəli gələn əzmkar və çoxşaxəli fəaliyyətinin təməlində xalqa layiqli xidmət dayanır. Xeyirxahlığı, mərhəməti, insanlara qayğı və sevgisi, nəcib təşəbbüsləri və bənzərsiz ictimai fəaliyyəti ilə Mehriban xanım cəmiyyətin bütün təbəqələrinin dərin rəğbət və hörmətini qazanıb. Ulu Öndərin adını şərəflə daşıyan Heydər Əliyev Fondu Mehriban xanımın rəhbərliyi ilə Ümummilli Liderimizin müdrikliyə əsaslanan həyat və fəaliyyətini, zəngin dövlətçilik irsini öyrənən ideoloji - humanitar mərkəz kimi üzərinə götürdüyü çətin vəzifənin öhdəsindən layiqincə gəlir, xalqımızın rifahına yönəlmiş irimiqyaslı layihələrin təşəbbüskarı və fəal icraçısıdır. Birinci vitse-prezidentin təşəbbüsü ilə təhsil, səhiyyə, elm, mədəniyyət, ekologiya, idman və digər çoxsaylı istiqamətlərdə həyata keçirilən layihələr ölkə vətəndaşlarının rifahının daha da yüksəlməsinə yönəlmiş çox mühüm addımlardır. Vətən Müharibəsindən dərhal sonra Birinci vitse-prezidentin təşəbbüsü ilə Səhiyyə Nazirliyinin Sanator-Kurort Reabilitasiya Mərkəzi müharibə veteranlarının xidmətinə verilib. Mehriban xanımın təşəbbüskarı olduğu “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə” və bir sıra mərhəmət və həyat dolu layihələr, xeyriyyə aksiyaları böyük sevgi və rəğbətlə qarşılanır. Bu bir həqiqətdir ki, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə 20 ildə fondun həyata keçirdiyi layihələrin mahiyyəti onilliklərdə görüləcək işlərə bərabərdir. Fond daha çox gələcəyə hesablanmış addımlar atmağı bacarır və təşkilatın diqqət yetirdiyi sahələr cəmiyyətin olduqca həssas qütbləridir. Öz fəaliyyətini müasir zamanın tələbinə cavab verən şəkildə qurmağa - cəmiyyətdə olan, insanları narahat edən problemləri aşkar etməyə, bu problemlərin həlli yolunda lazımi tədbirləri hazırlamağa, həyata keçirməyə və uğurlu nəticələri əldə etməyə çalışan fondun fəaliyyətinin əsas istiqamətləri sırasında səhiyyənin mühüm yer tutması qətiyyən təsadüfi deyil. Yarandığı gündən müxtəlif xəstəliklərdən əziyyət çəkən gənclərin, uşaqların qayğısına qalan fond minlərlə insana şəfa bəxş edib. Bunları təsdiqləyən kifayət qədər faktlar var. Məsələn, şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərə qayğı fondun fəaliyyətində mühüm yer tutur. Fondun səhiyyə sahəsində həyata keçirdiyi mühüm layihələrdən biri də "Talassemiyasız həyat”dır. Bu xəstəlikdən əziyyət çəkən insanların təhlükəsiz və keyfiyyətli qanla təmin olunması üçün donor xidmətinin inkişafı, əhalinin maarifləndirilməsi, prenatal diaqnostika üsulu ilə xəstəliyin proqnozlaşdırılması məsələləri həmin layihə üzrə görülən işlərin əsas istiqamətləridir. Problemin ciddiliyini nəzərə alan fond Azərbaycanda ixtisaslaşdırılmış tibb ocağının və qan bankının yaradılması, ölkəmizdə yüksəkixtisaslı kadrların hazırlanması, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətinin inkişafı, talassemiyanın yayılmasının qarşısını almaqdan ötrü əhalinin maarifləndirilməsi və talassemiya ilə mübarizə aparan bir sıra dövlətlərlə əməkdaşlığın genişləndirilməsi məqsədilə Bakıda Talassemiya Mərkəzi inşa edib. Mehriban xanım Əliyevanın və fondun vitse-prezidenti Leyla Əliyevanın mütəmadi olaraq bu mərkəzə baş çəkmələri, xəstələrin durumu ilə maraqlanmaları deyilənləri bir daha təsdiqləyir. Bununla yanaşı, fondun təşəbbüsü ilə anadangəlmə ürək qüsurundan əziyyət çəkən uşaqların müayinə, müalicə və əməliyyatı ilə bağlı davamlı olaraq aksiyalar keçirilir. Valideyn himayəsindən məhrum olan uşaqları hər zaman diqqətdə saxlayan fond Azərbaycanın xoşbəxt gələcəyinin təmin olunması istiqamətində böyük işlər görür. Mehriban xanım Əliyevanın valideyn qayğısından və himayəsindən məhrum olmuş uşaqlara sevgisi müasir Azərbaycan tarixində ayrıca sütunla yazılıb. Fəaliyyətində humanist dəyərlər birinci yerdə dayanan fondun təşəbbüsləri və həyata keçirdiyi layihələrin bir çoxu valideyn himayəsindən məhrum olmuş uşaqların firavanlığına, onların həyat şəraitinin yaxşılaşdırılmasına yönəlib. Bu gün ölkəmizdə kimsəsiz uşaq deyəndə hər kəsin gözü önünə oların himayədarı kimi Mehriban xanım Əliyeva gəlir. Uşaqlarin iş və mənzillərlə təmin olunması üçün fond bir çox layihələr həyata keçirir. Heydər Əliyev Fondu Azərbaycan ilə yanaşı, dünyanın müxtəlif ölkələrində təhsil, mədəniyyət, səhiyyə sahələrində layihələr, xeyriyyə tədbirləri həyata keçirir. Dini tolerantlığın hökm sürdüyü Azərbaycanda fond tərəfindən həyata keçirilən layihələr çərçivəsində çoxlu sayda dini məbədlər, eləcə də tarixi-memarlıq abidələrinin bərpası reallaşdırılıb, mütəmadi olaraq multikulturalizmi və tolerantlığı təbliğ edən elmi konfranslar və forumlar keçirilir. Bütün bunların mərkəzində əlbəttə ki, xeyirxahlıq, qayğıkeşlik və insanpərvərlik amili durur. Məhz ona görə də Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva xoşməramlı missiyası, uğurlu fəaliyyəti ilə xeyirxahlıq mücəssəməsi kimi tanınır. Müstəqil Azərbaycanın tərəqqisi və inkişafı, vətəndaşlarımızın rifahının daha da yüksəlməsi, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Mehriban xanımın xidmətləri əvəzsizdir. Hamıya örnək olan genişmiqyaslı fəaliyyətinin əsasını əməli işi ilə təsdiq edən Mehriban xanım Azərbaycan qadınlarının lideridir. Özü də ixtisasca həkim olan Mehriban xanım Əliyeva səhiyyə sahəsində çalışanlara həmişə diqqət və qayğı göstərir, tibb işçilərinin əməyini və fədakarlığını daim yüksək qiymətləndirir. Birinci vitse-prezident Mehriban Əliyevanın “həkimlərin hər an qəbul etdikləri qərarlar, peşəkar bilik və bacarıqları, fədakarlıq və şəfqəti bizim əsas silahımız və ümidimizdir” söylədiyi fikirlər bu sahənin nümayəndələrinə əlavə stimul verir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı 60 illik yubiley münasibətilə təbrik edir, möhkəm cansağlığı və yorulmaz fəaliyyətində böyük uğurlar arzulayıram! ![]() Məsum Kamal oğlu Əliyev Kürdəmir rayon Karrar ASM bölmə müdiri Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

