Heqiqet.Az » sosial » Mehriban xanım Əliyevanın gördüyü işlər insanlarda böyük ruh yüksəkliyi yaradıb


Mehriban xanım Əliyevanın gördüyü işlər insanlarda böyük ruh yüksəkliyi yaradıb

25-08-2024, 21:06
Çap et
Ulu öndər Heydər Əliyevin ideyalarına, Azərbaycan xalqının zəngin mədəniyyətinə, milli- mənəvi dəyərlərinə dərindən bağlılıq Mehriban xanım Əliyevanın həyat amalına çevrilib, zaman-zaman daha geniş sahələri əhatə edib. Heydər Əliyev Fondunun prezidenti kimi Ümummilli Liderin irsinin təbliği ilə məşğul olan Mehriban xanım Əliyeva Azərbaycan xalqının tarixinin, mədəniyyətinin xarici ölkələrdə daha yaxından tanıdılması sahəsində çox böyük uğurlara imza atıb.
Uğurlarımıza davamlı töhfələri ilə diqqət çəkən Mehriban xanım Əliyevanın xidmətlərinin miqyası ölçüyəgəlməzdir. Azərbaycan reallıqlarının təbliği istiqamətində dünyanın müxtəlif ölkələrində keçirilən tədbirlər, təqdimatlar, hazırlanan vəsaitlər, nəşr edilən kitablar məqsəd və məramın açıqlanmasına yardımçı olur. Mehriban xanım Əliyevanın xidmətləri Azərbaycanın dövlətlər, xalqlar arasında körpü roluna yeni töhfələr verir.
Onun milli-mənəvi dəyərlərimizin, tariximizin qorunması və təbliği istiqamətində atdığı addımlar Azərbaycan-YUNESKO əlaqələrinin bugünkü inkişafında stimulverici amil rolunu oynamışdır. Onun səyləri nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələri YUNESCO-nun müvafiq siyahılarında yer almışdır. Muğam sənətinin, aşıq sənətinin, Novruz bayramının, İçərişəhərin, tar ifaçılığı sənətinin YUNESKO-nun nadir, şah əsərləri siyahısına daxil edilməsi Azərbaycanla bu təşkilat arasında əməkdaşlığın davamlılığına xidmət edən töhfələrdir.
Fondunun Prezidenti, istərsə də son bir ildən artıq dövr ərzində Azərbaycanın Birinci vitse-prezidenti kimi bütün fəaliyyətini məhz bu prinsiplər üzərində qurub.” Mehriban xanım Əliyevanın yüksək təşkilatçılığı ilə ölkəmizdə “Eurovision” mahnı yarışmasının, eyni zamanda Birinci Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsi Azərbaycanın malik olduğu imkanların dünyaya təqdimatında əhəmiyyətli rol oynamışdır. Məqsəd ötən hər günü tarixinə uğur səhifəsi kimi yazan Azərbaycanın beynəlxalq aləmdə yerini və rolunu möhkəmləndirmək, həqiqətlərimizi dünya ictimaiyyətinə olduğu kimi çatdırmaqdır.
Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti sırasında Milli Məclisin deputatı olarkən gördüyü işlərdən, qazandığı seçici etimadından da geniş bəhs edib. Bildirib ki, sözü ilə əməli bir olan, verdiyi vədləri layiqincə yerinə yetirən, mühüm problemlərin həllinə yüksək səviyyədə nail olan Mehriban xanım Əliyevanın gördüyü işlər insanlarda böyük ruh yüksəkliyi yaradıb.
Mehriban xanımın fəaliyyətinin əsasını təşkil edən prinsiplərin dəyişməzliyi onun uğurlarının müşaiyətçisidir. Mehriban xanım Əliyevanın özünün də vurğuladığı kimi, insanın malik olduğu imkanlar, eyni zamanda, Allah Təalanın köməkliyi yüksək nəticələrin əldə olunmasına, qarşıya qoyulan məqsədlərə nail olmağa yol açır: “Mehriban xanım Əliyevanın aldığı mükafatlar, fəxri adlar onun fəaliyyətinin nə dərəcədə çoxşaxəli olduğuna əyani sübutdur.
Ən böyük mükafat isə xalqın sevgisidir. Dövlətimizin başçısı İlham Əliyev Mehriban xanım Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti kimi təqdim edərkən bildirib: “Bax, bu, çoxşaxəli fəaliyyət və eyni zamanda, uğurlu fəaliyyət mənim bu qərarı qəbul etməyimdə əsas rol oynamışdır. Eyni zamanda, qeyd etməliyəm ki, Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır.”
Bu gün Mehriban xanım Əliyevanın ölkə hüdudlarını çoxdan adlamış fəaliyyəti bu gün həm də qlobal miqyasda savadsızlığın aradan qaldırılmasına, multikulturalizm ideyalarının təbliğinə, fərqli sivilizasiyaların dialoquna xidmət edir.
Son illər Bakıda kimisə qlobal beynəlxalq tədbirlərin keçirilməsi xəbərləri ilə təəccübləndirmək olmur. Şübhəsiz, bu və digər beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsinin başlıca səbəbi respublikamızın dünya miqyasındakı nüfuzu, hörmətidir. Bunun nəticəsi olaraq paytaxtımızın son illər təşkilatçılıq etdiyi beynəlxalq tədbirlərin sırası ildən-ilə genişlənir: Beynəlxalq Humanitar Forum, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransı, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Dünya Dini Liderlərinin Zirvə görüşü, III Qlobal Bakı Forumu, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu və s.
Şübhəsiz, bu və digər tədbirlərin Bakıda keçirilməsində Azərbaycan Prezidenti İlham Əliyevin milli maraqlara əsaslanan mükəmməl diplomatik fəaliyyəti ilə yanaşı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın mühüm xidmətləri də müstəsnadır.
I Avropa Oyunlarının Təşkilat Komitəsinə uğurla rəhbərlik etmiş Heydər Əliyev Fondunun prezidenti bu möhtəşəm tədbirin də yüksək səviyyədə hazırlanmasını və başa çatdırılmasını təmin etmişdir. Yüksək komanda işinə, vətən, torpaq, yurd sevgisinə görə Azərbaycanın birinci xanımı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın I Avropa Oyunlarından dərhal sonra - 2015-ci il iyunun 29-da ölkə başçısı tərəfindən “Heydər Əliyev ordeni” ilə təltif olunması da bu əzmkar fəaliyyətə verilən adekvat qiymət olmuşdur. Bu ilin martında Macarıstanın Baş naziri Viktor Orbanın ölkəmizə rəsmi səfəri çərçivəsində Mehriban xanım Əliyeva bu ölkənin ən ali mükafatı - “Macarıstanın Xidmətlərə görə Komandor Xaçı” ordeni ilə təltif olunmuşdur.
Azərbaycanın birinci xanımının çoxşaxəli fəaliyyətində təhsil və məktəb, tərbiyə və şəfqət kimi əsas istiqamətlər də mühüm yer tutur. Ona görə ki, ölkənin, insanların gələcəyi məktəb adlanan məbədgahda ərsəyə gəlir. Balalarımız məktəbə ayaq qoyanda ancaq evlərini və yaxınlarını tanıyırlar. Amma məktəbdən çıxanda öz milli tarixini bilən, müasir elmin əsaslarını mənimsəmiş vətəndaş olurlar. Hər şey məktəbdən başlayır və onun davamı kimi yaşanır.
Buna görə də Mehriban xanımın fəaliyyətində təhsil və məktəb quruculuğu layihələrinin geniş yer tutması məntiqəuyğundur. Son 20 ildə Heydər Əliyev Fondunun xətti ilə gercəkləşdirilən bu layihələr, əslində, hərtərəfli perspektiv quruculuğun ön səngəridir. Fondun dəstəyi ilə tikilən, yenidən qurulan təhsil ocaqlarının sayı yüzlərlədir. Mehriban xanım bu məktəblərin hər birində şəxsən olmağa, vəziyyəti içəridən bilməyə, işlərə obyektiv qiymət verməyə çalışır. Çünki məktəb quruculuğunda xırda, ikinci dərəcəli heç nə olmamalıdır - bu, Mehriban xanımın yanaşmasıdır.
Hələ 2008-ci ildə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilmiş “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda Beynəlxalq Bakı Forumu da sivilizasiyalararası dialoq, fərqli mədəniyyətlər arasında ortaq təmas nöqtələrinin tapılması, ümumbəşəri konsolidasiya prosesində qadınların rolunun araşdırılması, bu yönümdə konkret fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından vacib əhəmiyyət kəsb etmişdir. Azərbaycanın birinci xanımı həmin tədbirdə bütün qadınları sülhün, insanların dinc yanaşı yaşamasının düşmənlərinə qarşı mübarizə aparmağa çağıraraq demişdir: “Azərbaycan qadını ailə dəyərlərinin qorunub saxlanması kimi mühüm bir sahədə də öz layiqli töhfəsini vermişdir. Şərq və Qərb dəyərlərini özündə birləşdirən Azərbaycan, beləliklə, gender məsələsində də nümunə ola bilər. Biz qadınları, adətən, iki model ilə üz-üzə qoyurlar. Belə hesab olunur ki, Şərq qadını daha çox ailəyə bağlıdır, Qərb qadını isə cəmiyyətdə yüksək mövqe axtarır. Reallıq isə iki mövqedən də çox-çox uzaqdır. Mən elə hesab edirəm ki, həm Şərq qadını, həm Qərb qadını tarix boyu elə nailiyyətlər əldə edib ki, onlardan biz hamımız faydalana bilərik”.
Azərbaycanın birinci xanımının ölkədə qadın hərəkatına inamla liderlik etməsi faktı xüsusi qeyd edilməlidir. Son illər məhz Heydər Əliyev Fondunun prezidentinin təşəbbüsü və təşkilatçılığı ilə Bakıda təşkil olunan yüksək səviyyəli beynəlxalq tədbirlərdə dünyada sülh və sabitliyin möhkəmləndirilməsi, mədəniyyətlərarası dialoqun genişləndirilməsi, qadın hüquqlarının qorunması, savadsızlığın, dini, irqi ayrı-seçkiliyin aradan qaldırılması kimi nəcib, bəşəri ideyalar üstünlük təşkil etmişdir.
Avqust ayının 26-sı Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür. Bu əlamətdar gün münasibətilə qəlbi daim humanist duyğularla çağlayan mərhəmətli, şəfqətli Birinci xanım Mehriban Əliyevanı təbrik edirəm!

Arif Ömərov,
Quba rayon Çiçi-Səbətlər Bələdiyyəsinin sədri
Reytinq: