Netanyahu oğlu Yairin təhlükəsizliyinin gücləndirilməsini istəyir28-08-2024, 11:20
Çap et Bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, bununla bağlı xüsusi xidmət orqanlarına müvafiq sorğu göndərilib. Eyni zamanda, adı açıqlanmayan təhlükəsizlik rəsmiləri İsrail televiziyasının 12-ci kanalına bildiriblər ki, xaricdə israillilər üçün təhlükəsizlik səviyyəsi təhlükənin dərəcəsi, eləcə də vəziyyətin dövri qiymətləndirilməsi ilə müəyyən edilir. Hazırda Yair Netanyahunun ciddi təhlükələrlə üzləşdiyinə dair heç bir əlamət yoxdur və buna görə də İsrail Təhlükəsizlik Xidməti onun təhlükəsizliyini gücləndirmək niyyətində deyil. İsrail mediasında yayılan xəbərlərdən sonra Netanyahunun ofisi Baş nazirin oğlunun təhlükəsizliyi ilə bağlı heç bir sorğu göndərilmədiyini bildirib. “The Times of Israel” qəzeti yazır ki, Yair Netanyahu 2023-cü ilin martından Mayamidə yaşayır. O, hazırda iki İsrail kəşfiyyatçısı tərəfindən qorunur. Bundan əlavə, Yairin şəxsi sürücüsü var. Onun təhlükəsizliyini təmin etmək ayda 55 min dollara başa gəlir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib13:40
“Yaddaşın kodları – Qarabağdan Göyçəyə”: Tarixi irsi rəqəmsal texnologiyalarla canlandıran layihəHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
