Almanların üçdə ikisi Olaf Şoltsun yenidən kansler postuna namizədliyinə qarşıdır13-09-2024, 14:18
Çap et Almaniya vətəndaşlarının üçdə ikisi 2025-ci ildə keçiriləcək parlament seçkilərində Sosial Demokrat Partiyasının (SDP) Olaf Şoltsu yenidən kansler postuna namizəd irəli sürməsinə qarşıdır.Bu barədə məlumat “YouGov” sosioloji tədqiqat institutunun “Süddeutsche Zeitung” qəzetinin sifarişi ilə keçirdiyi sorğunun nəticələrində əksini tapıb. Bildirilir ki, respondentlərin 68 faizi Olaf Şoltsun hökumət başçısı postuna namizədliyinin əleyhinədir. Almanların yalnız 20 faizi onun yenidən bu posta seçilmək üçün namizədliyini irəli sürməli olduğunu düşünür. Eyni zamanda məlum olub ki, hətta 2021-ci ildə SDP-yə səs verən seçicilərin də bir çoxu Olaf Şoltsun namizədliyini dəstəkləmir. Belə ki, onların 60 faizi Şoltsun namizədliyinin əleyhinə, 31 faizi isə lehinə fikir bildirib. Sentyabrın 6-dan 10-dək keçirilən sorğuda 2126 nəfər iştirak edib. Qeyd edək ki, Bundestaqa seçkilər 2025-ci il sentyabrın 28-də keçiriləcək. Seçkilərin nəticələrinə əsasən yeni hökumət formalaşacaq və yeni kansler seçiləcək. Olaf Şolts SDP-dən kansler postuna yenidən namizəd olmaq arzusunu dəfələrlə dilə gətirib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib13:40
“Yaddaşın kodları – Qarabağdan Göyçəyə”: Tarixi irsi rəqəmsal texnologiyalarla canlandıran layihəHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Almaniya vətəndaşlarının üçdə ikisi 2025-ci ildə keçiriləcək parlament seçkilərində Sosial Demokrat Partiyasının (SDP) Olaf Şoltsu yenidən kansler postuna namizəd irəli sürməsinə qarşıdır.