Bu gün Misli Premyer Liqasında Azərbaycan derbisi keçiriləcək20-09-2024, 10:46
Çap et Açılış matçında yeni mövsümə uğursuz başlayan “Kəpəz” Tovuz şəhər stadionunda “Şamaxı”nı qəbul edəcək. Görüş saat 17:00-da start götürəcək. Qarşılaşmanı Cavid Cəlilov idarə edəcək. Xalı olmayan Gəncə təmsilçisi sonuncu – 10-cu pillədə qərarlaşıb. “Şamaxı” isə 8 xalla 6-cı sıradadır. Turun mərkəzi görüşü Suraxanıda baş tutacaq. “Qarabağ” “Azersun Arena”da “Neftçi” ilə üz-üzə gələcək. Azərbaycan derbisi saat 20:00-da başlayacaq. Oyunun baş hakimi FIFA referisi Əliyar Ağayev olacaq. Rəqiblərindən 1 oyun az keçirən Ağdam klubu hazırda 12 xalla 2-ci, aktivində 4 xalı olan “Neftçi” isə 9-cu pillədə qərarlaşıb. Qeyd edək ki, turun digər oyunları sentyabrın 21-22-də təşkil olunacaq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
