Donald Tramp seçicilər arasında dəstəyinə görə Kamala Harrisi iki faiz üstələyir11-10-2024, 11:47
Çap et Bunu “Rasmussen Reports” tədqiqat mərkəzinin keçirdiyi ictimai rəy sorğusunun nəticələri sübut edir. Sorğu iştirakçılarının 48 faizi noyabrda keçiriləcək prezident seçkilərində Donald Trampı, 46 faizi isə Kamala Harrisi dəstəkləməyə hazır olduqlarını deyib. Respondentlərin 3 faizi isə onların heç birini dəstəkləmədiyini və başqa namizəd olarsa, ona səs verəcəklərini bildirib. “Rasmussen Reports” mərkəzinin əvvəlki sorğusu zamanı Donald Trampa dəstək 49 faiz, Kamala Harrisə dəstək isə 47 faiz olub. Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Seçkilərdə Respublikaçılar partiyasını ölkənin sabiq prezidenti Donald Tramp, Demokratlar partiyasını isə hazırkı vitse-prezident Kamala Harris təmsil edəcək. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
