ABŞ sakinlərinin yarısı Baydenin Ukrayna siyasətini dəstəkləmir29-10-2024, 14:01
Çap et Bunu Britaniyanın Deltapoll tədqiqat kompaniyasının Birləşmiş Ərəb Əmirliklərinin “The National” qəzeti üçün keçirdiyi rəy sorğusunun nəticələri göstərib. Araşdırmaya görə, sorğu iştirakçılarının 46 faizi Baydenin Ukraynaya dair qərarları ilə razılaşmır, 39 faizi isə əks fikirdədir. Donald Tramp tərəfdarlarının 80 faizi ABŞ-ın hazırkı rəhbərliyinin bu məsələ ilə bağlı mövqeyindən narazı olduğunu bildirib. Eyni zamanda, Kamala Harrisi dəstəkləyən sakinlərin 68 faizi hazırkı administrasiyanın siyasətini bəyənir. Sorğu oktyabrın 17-dən 24-dək 3 mindən çox amerikalı arasında keçirilib. Ekspertlərin fikrincə, Kiyevə silah tədarükünün davam etdirilməsi və Ukrayna münaqişəsinə son qoyulması perspektivləri birbaşa ABŞ-ın gələcək prezidentindən asılıdır. Çünki Harris və Trampın Ukraynaya dəstək göstərilməsi ilə bağlı baxışları bir-birindən tamamilə fərqlənir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
00:19
YENİ NƏŞR11:41
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib15:40
“Vətəni sevmək imandandır” – Vətən sevgəsinin, şəhidlik zirvəsinin və tarixi yaddaşın təntənəsi.Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
