Ceyms Vud: 1,5 hədəfinə çatmaq üçün bizə maliyyə lazımdır15-11-2024, 10:33
Çap et Bunu Beynəlxalq Elektrotexnika Komissiyanın kommunikasiya üzrə direktoru Ceyms Vud deyib. O, təmsil etdiyi şirkətin ofisinin Cenevrədə yerləşdiyini qeyd edərək bildirib: “COP29-da öz pavilyonumuzla təmsil olunuruq. Şirkətimizin elektrotexnika sahəsində olan standartlarının səviyyəsini COP29-da yüksəltməyə çalışacağıq. Hesab edirəm ki, bu standartlar da iqlim maliyyəsinə öz töhfələrini verə, investorlar üçün etibarlı zəmin yarada bilər. Bizim təşkilatımızın tərkibində elektrotexnika sahəsində çalışan bir çox mühəndis birləşib. Onlar elektrotexnika standartlarını istehsal etməklə məşğuldurlar. Bu standartlar hazırda istifadə etdiyimiz bütün elektrotexnika avadanlıqlarının içərisində, texnologiyanın istənilən hissəsində mövcuddur. Bu standartların əsas hədəfi elektrotexnikanın təhlükəsiz işləməsini təmin etməkdir". C.Vud, həmçinin COP konfransında ilk dəfə iştirak etdiyini vurğulayaraq qeyd edib: “Tədbirin təşkilatçılığı təqdirəlayiqdir. Nəqliyyat-logistika yüksək səviyyədə təşkil edilib. Könüllülər bizi gülərüz şəkildə qarşılayırlar və buna görə də tədbirə xüsusi ab-hava qatırlar”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
00:19
YENİ NƏŞR11:41
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib15:40
“Vətəni sevmək imandandır” – Vətən sevgəsinin, şəhidlik zirvəsinin və tarixi yaddaşın təntənəsi.Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
