Koreyada tələbələr üçün Azərbaycan dili üzrə nitq müsabiqəsi keçirilib3-12-2024, 10:54
Çap et Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, tədbirdə Azərbaycan və Türkiyənin Koreya Respublikasındakı səfirliklərinin nümayəndələri iştirak edib, qalibləri mükafatlandırıblar. Müsabiqədə birinci yerə layiq görülən Pe İnxe “Koroğlu” dastanından bəhs edib. O, ağır xəstəlik keçirəndən sonra depressiyaya qapılmasından, dastanın ona ruh yüksəkliyi verməsindən, oxuyub bitirəndən sonra həyata baxışının dəyişməsindən söhbət açıb. İkinci yeri tutan Kim Dabin təhsilinin magistratura pilləsini Azərbaycanda davam etdirmək niyyətində olduğunu və ölkəmizin iqtisadiyyatını daha dərindən öyrənmək istədiyini vurğulayıb. Yarışmanın üçüncü yerinin sahibi Yun Socin isə Azərbaycan voleybolu ilə yaxından maraqlandığını bildirib və bu idman növünün ölkəmizdə inkişafından bəhs edib. Qeyd edək ki, nitq müsabiqəsi hər ilin dekabrında keçirilir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
00:19
YENİ NƏŞR11:41
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib15:40
“Vətəni sevmək imandandır” – Vətən sevgəsinin, şəhidlik zirvəsinin və tarixi yaddaşın təntənəsi.Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
