Heydər Əliyev - müasir dünya tarixinə parlaq iz qoymuş şəxsiyyət9-12-2024, 21:48
Çap et Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Heydər Əliyevin həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Onun ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub.
Ümummilli liderin Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra ölkənin ən çətin zamanda xalqı uçuruma aparmaq istəyənlərin caynağından xilas etməsi prosesləri baş verməsəydi, bu günki güclü, qüdrətli Azərbaycan faktoruna da rast gəlmək mümkünsüz olardı. Heydər Əliyev dühası həmin illərdə milli-mənəvi dəyərlərin, milli ruhun qorunması, kadrların milliləşdirilməsi, azərbaycançılıq ideologiyasının sistem halına salınması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirdi ki, onun illər sonraya hesablanmış addımları qısa zamanda bir çox məsələlərdə Azərbaycanın güclənməsində, onun özünə qayıdışında müstəsna əhəmiyyətə malik oldu. Şübhəsiz ki, əgər Ulu Öndər Heydər Əliyevin hələ respublikamıza birinci rəhbərliyi dövründə Azərbaycanda ölkənin sosial-iqtisadi, mədəni yüksəlişi üçün həyata keçirdiyi tədbirlər, milli şüurun oyanışı istiqamətində gördüyü işlər olmasaydı, bu gün Azərbaycanın müstəqil suveren dövlət kimi mövcudluğundan danışmaq çətin olardı. Ötən əsrin sonlarına doğru dövlətçiliyini bərpa edən, azadlığına qovuşan Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşması da məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Yeni Azərbaycanın inkişafının başlanğıc mərhələsi Ulu Öndərin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Bütün ruhu, qanı, canı ilə azərbaycançılıq məfkurəsinin inkişafına çalışan, hər addımında Vətənə olan bağlılığını, sevgisini hiss etdirən Ümummilli Lider milli həmrəyliyin müstəqilliyini bərpa edən yeni Azərbaycanın dövlət siyasətinin ana xəttinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin dərin politoloji və nəzəri əsaslarını öz gördüyü işlər, verdiyi qərarlarla həyata keçirməyi bacardı. Böyük strateq azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid sistem və konsepsiya halına gətirərək, onu dövlət idarəçiliyinin elmi-nəzəri əsasına çevirdi. Məhz Heydər Əliyev dühasının səyi ilə azərbaycançılıq mahiyyətcə real məzmun daşıyaraq praktikada realizə imkanları qazandı. Ulu Öndər Heydər Əliyevin millətimizin gələcək inkişafına yönəldilmiş dövlət siyasəti elə istiqamətlənmişdir ki, soydaşlarımız vahid ümummilli ideya ətrafında toplamaqla Azərbaycanın xalqının iradəsini qüdrətini, gücünü, birliyinin hansı müşkül görünən problemləri həll etməyə qadir olduğunu nümayiş etdirdi. Təbii ki, öncədən də bəlli idi ki, bu ideologiya xüsusən Qarabağ münaqişəsinin həllinə və torpaqlarımızın işğaldan azad edilməsinə yönəlib. Vaxtilə Heydər Əliyev dühası tərəfindən başladılan siyasət Prezident İlham Əliyev tərəfindən çox böyük uğurla inkişaf etdirilərək Azərbaycanın daha azad, daha böyük, daha güclü dövlətə çevrilməsinə vəsilə oldu. Nəsibə Hüseynova, Ağdam rayon 33 saylı tam orta məktəbin direktoru Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|