Prezidentimiz insan sağlamlığını cəmiyyətimizin sərvəti hesab edir24-12-2024, 01:16
Çap et Dünya tarixinə diqqət yetirsək görərik ki, məhz bu cür yanlış yanaşmalara, həqiqətlərin təhrif olunmasına görə dövlət və hökumət başçıları arasında çox nadir şəxslərin adı tarixə məsuliyyətli Lider kimi düşə bilir. Özü də söhbətin hansı ictimai-siyasi quruluşdan və ya hansı zamandan getməsinin fərqi yoxdur. Siyasi lider və dövlət xadimi yaşadığı zamandan asılı olmayaraq, tarixə yalnız o zaman böyük şəxsiyyət kimi düşür ki, o öz xalqının və dövlətinin həyatında taleyüklü məsələləri uğurla həll edə bilir. Söhbət elə ağır məsələlərdən gedir ki, onların həlli ilə bütöv bir xalqın milli kimliyi, milli ləyaqəti onilliklər boyu davam edən xarici təhdidlərdən xilas olur. Özü də kimlərinsə güzəşti, hədiyyəsi hesabına deyil, öz xalqının və dövlətinin gücü, Liderin qətiyyəti və siyasi iradəsi hesabına. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş Qarabağ Zəfəri məhz bu cür taleyüklü məsələ idi. Ona görə də Qarabağ Zəfərini milli kimliyimizin, milli qürurumuzun rəmzi hesab edirik. Dünya Azərbaycanlıları artıq yaxşı bilirlər ki, bu tarixi Qələbə ilə çox böyük güclərin Azərbaycana qarşı ən azından iki əsrlik məkrli planı iflasa uğradıldı. Hər birimiz gördük ki, hansı dairələr onilliklər boyu bu Qələbənin baş tutmaması naminə hansı çirkin oyunlardan çıxdılar, hansı maneələri qurdular. Amma şəxsiyyət, qətiyyətli Lider faktoru növbəti dəfə öz sözünü dedi və nəticədə tarixi ədalət bərpa edildi. Prezident İlham Əliyevin 2022-ci il aprelin 22-də Qarabağın tacı Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında söylədiyi bir fikrini olduğu kimi yada salmaq istərdim: “Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq. Ona görə bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür. Bir tibb işçisi kimi onu da qeyd edim ki, bu gün Azərbaycanın hər bir bölgəsində əhali müasir xəstəxanalarda keyfiyyətli tibbi yardım ala bilir. Xaricdə təhsil almış yüsək ixtisaslı həkim kadrlar və peşəkar tibbi heyət olduğu üçün xəstələr öz sağlamlıqlarına qovuşmaq üçün xarici ölkələrə üz tutmurlar. Müxtəlif xəstəliklər üzrə insanlar pulsuz dərmanlarla təmin olunur, maddi imkanı aşağı olan xəstələrin müalicə xərcləri dövlət hesabına ödənilir. Ümummilli liderin başladığı işlər bu gün respublikamızın Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Səhiyyə Nazirliyi Prezidentin sosialyönümlü siyasətini əzmlə və müvəffəqiyyətlə həyata keçirir. Yeni islahatlar, qanunverici bazanın təkmilləşdirilməsi, ölkənin elmi-tibbi potensialının gücləndirilməsi bu gün səhiyyəmizin əsas inkişaf istiqamətlərindəndir. Yeni tibb müəssisələrinin tikilməsi, bütün mövcud xəstəxana və poliklinikaların yenidən qurulması və modernləşdirilməsi, yeni avadanlıqlarla təchizatı səhiyyəmizin yüksəlişinin təzahürləridir. Bu sahədə qəbul edilən dövlət proqramları gələcək nəslin sağlam inkişafına bir töhfədir. Prezidentimiz insan sağlamlığını cəmiyyətimizin sərvəti hesab etməklə yanaşı, Azərbaycan səhiyyə sistemində aparılan islahatlara da yüksək dəyər vermişdir. İnsanların sağlamlığının qorunması, gələcək nəslin sağlam böyüməsi ölkə başçısının daim nəzarətindədir. İşğaldan azad olunan rayonlarımızda da müasir tibb ocaqlarının tikilməsi, ən son tibbi texnologiyaların insanların ixtiyarına verilməsi prioritet məsələlərdəndir. Ad gününüz mübarək, möhtərəm Prezident! ![]() Dilqəm Məhərrəmov, “MediLux” Klinikasının həkimi, plastik, rekonstruktiv cərrah, tibb üzrə fəlsəfə doktoru Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
00:19
YENİ NƏŞR11:41
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib15:40
“Vətəni sevmək imandandır” – Vətən sevgəsinin, şəhidlik zirvəsinin və tarixi yaddaşın təntənəsi.Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

