Balakəndə cücə ferması yanıb8-01-2025, 19:07
Çap et ![]() Fövqəladə Hallar Nazirliyi Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsi bildirir ki, yanğın barədə məlumat daxil olan kimi texnika və canlı qüvvə hadisə yerinə cəlb edilib. Yanğın nəticəsində təsərrüfat sahibinə külli miqdarda ziyan dəyib. Belə ki, fermanın tavanı, dam örtüyü yanıb və sexdə olan 5 min cücə yanaraq tələf olub. İlkin ehtimallara görə yanğının başvermə səbəbi istilik üçün quraşdırılmış odun sobasından düşən qığılcım olub. Yanğında xəsarət alan olmasa da, fermerə 30 min manata qədər ziyan dəydiyi bildirilir. Yanğının başvermə səbəbləri araşdırılır. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|