Bakıda Moskva şirkətlərinin innovasiyaları nümayiş etdiriləcək7-03-2025, 13:06
Çap et MİM-dən verilən xəbərə görə, tədbir Azərbaycanda tərəfdaş axtarışı və işgüzar əməkdaşlığın inkişafına yönəlib. Görüş və danışıqlar “The Landmark Hotel Baku”da təşkil olunacaq. Biznes missiya çərçivəsində baş tutacaq təqdimat hissəsində Moskva şirkətləri öz layihələrini nümayiş etdirəcəklər. Bundan başqa potensial tərəfdaşlarla fərdi görüşlər keçiriləcək. “Azərbaycan bazarı regionda biznesini genişləndirməyə çalışan Moskva şirkətləri üçün böyük maraq doğurur. Biznes missiyada iştirak onlara innovativ həllərini təqdim etmək, əlaqələr qurmaq və yerli bazarda fəaliyyətin xüsusiyyətlərini öyrənmək imkanı verəcək”, – deyə Moskva İxrac Mərkəzinin baş direktoru Vitali Stepanov bildirib. Tədbirdə sənaye avadanlıqları, rəqəmsal texnologiyalar, tibb və ekoloji texnologiyalar sahəsində fəaliyyət göstərən aparıcı Moskva müəssisələri iştirak edəcək. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
00:19
YENİ NƏŞR11:41
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib15:40
“Vətəni sevmək imandandır” – Vətən sevgəsinin, şəhidlik zirvəsinin və tarixi yaddaşın təntənəsi.Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
