Şairlər Allahın bəxtəvərləridir21-08-2025, 16:33
Çap et Şairlər Allahla daha yaxın təmas quran bəxtəvərlərdir. Şairləri Allah özü bəxtəvər edib, fəqət dünya çox vaxt bu məfhumu dərin – qatı zülmətlərə qərq edir, şairlər zülmlə zillətin arasında var-gəl etmək məcburiyyətində qalırlar...Bu dünyanın Məmməd İsmayıl adlı bir dühası da zülmə - zillətə düçar oldu. Onun həyatı da, yaradıcılığı da qara hislərin zümrəsində Günəçə həsrət qaldı... Özü demişdi bir vaxtlar: Əvvəlin gəlincə, axırın gəlsin, Əvvəli gələnin axırı olmur... Məmməd İsmayılın isə nə əvvəli gəldi, nə də axırı. Lakin həyatının, yaşadığı çətin, ancaq məsuliyyətli ömrün axırı gəldi... Gələcək zamana keçməyə qoymaz, Ömrün keçmiş zaman şəkilçiləri... Bu iki misranın içində bir Məmməd İsmayıl dünyası yaşayır. Bu gün həyata əlvida deyən Məmməd İsmayıl dünyası. Dünyasını da, dühasını da özü ilə aparan ədəbiyyat aləminin mogikanı. Bəli sətirlərindən Məmməd İsmayıl ətri gələn mogikan. Gör mәnim qismәtim nәlәr-nәlәrmiş, Sәn uzaq sandığın yaxın gәlәrmiş. Sәn demә, dağlara qar әlәnәrmiş Dumandan xәbәrsiz, çәndәn xәbәrsiz, Mәn sәni sevmişәm sәndәn xәbәrsiz… Biz də Sizi sevdik Sizdən xəbərsiz. Bu dünya yerində qalan dünyadı Qoynundan əliboş keçib gedən – biz... Bu dünyadan keçib gedən şair, siz də əliboş getdiniz amma ədəbiyyata aforizmə çevrilmiş misralar bəxş etdiniz. Məmməd dədə, hər şeiriniz indi bir dünyadı anlayanlar üçün. İndi dünya özü sizdən utanır sizi əliboş yola saldığı üçün. Fəqət siz unudulmayacaqsınız. Nə zaman payız nəğmələrinin hay-harayı gələcək, o anlarda siz xatırlanacaq, yaddaşımızda anılacaqsız ən əziz insan kimi... Məkanınız cənnət olsun! ![]() Ellada Həziyeva, Bakl şəhər Səbail rayon Həbib bəy Mahmudbəyov adına 2 nömrəli Texniki - Humanitar liseyin müəllimi Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Şairlər Allahla daha yaxın təmas quran bəxtəvərlərdir. Şairləri Allah özü bəxtəvər edib, fəqət dünya çox vaxt bu məfhumu dərin – qatı zülmətlərə qərq edir, şairlər zülmlə zillətin arasında var-gəl etmək məcburiyyətində qalırlar...