Zəfərin mübarək, Azərbaycan!31-10-2025, 20:54
Çap et ”Vətən Müharibəsinin beşinci ildönümü ərəfəsində bir daha anlayırıq ki, 8 Noyabrda qazanılan Zəfər sadəcə, hərbi qələbə deyildi, bu, millətin qürurunun bərpası, ruhunun dirçəlişi idi. Azərbaycan xalqı on illərin ağrı-acısını, həsrətini, nisgilini dəmir yumruğa çevirdi və o yumruqla tarixi dəyişdi. Bu, bir nəsil üçün döyüş, gələcək üçün örnək, bəşər üçün ədalət hekayəsi idi.Aprel döyüşləri milli ruhun oyanışı olduHər böyük qələbənin təməli, başlanğıcı var. 44 günlük savaşda qələbəmizin təməli isə 2016-cı ilin "Aprel döyüşləri" idi. O zaman Azərbaycan əsgəri illərlə susdurulan haqq səsimizi səngərdən ucaltdı. Lələtəpə, Tərtər, Cəbrayıl istiqamətlərində baş verən döyüşlər təkcə torpaqlarımızın azad edilməsinin başlanğıcı deyil, həm də Azərbaycan ruhunun oyanışı, ədalət savaşına hazırlığın baş məşqi idi. Aprel döyüşlərində şəhid olan qəhrəman oğullarımızın qanı Vətən Müharibəsinin zəfər səlnaməsinin ilk mübarək cümlələri oldu.Tovuz hadisələri – qələbəyə doğru son addım 2020-ci ilin iyulunda baş verən Tovuz döyüşləri isə ərazi bütövlüyümüzün bərpasında yeni mərhələ idi. Getdikcə daha da azğınlaşan düşmənə yerini göstərmək məqamı çatmışdı. İtkilərimizə baxmayaraq, Tovuz döyüşləri də tariximizə zəfər döyüşü kimi daxil oldu. 100-dən çox hərbçisi və onlarla hərbi obyektləri məhv edilən Ermənistan əsgərləri hətta səngərləri qoyub qaçdılar. Əsgər və yüksək rütbəli zabitlərimiz əsl qəhrəmanlıq nümunəsi göstərərək, işğalçıların növbəti təxribatlarının qarşısını qətiyyətlə aldılar. Xalq bu döyüşlər zamanı şəhidlik zirvəsinə ucalan öz mərd, vətənsevər oğullarını - general-mayor Polad Həşimovu, polkovnik İlqar Mirzəyevi, mayor Namiq Əhmədovu, mayor Anar Novruzovu, baş leytenant Rəşad Mahmudovu, gizir İlqar Zeynalovu, gizir Yaşar Babayevi, baş çavuş Vüqar Sadıqovu, çavuş Elçin Mustafazadəni, çavuş Nazim İsmayılovu, baş əsgər Elşad Məmmədovu və əsgər Xəyyam Daşdəmirovu böyük izdihamla son mənzilə yola saldı. Onların şəhidliyi xalqı birləşdirdi, ordunu ruhlandırdı, dövlətin iradəsini möhkəmləndirdi və Azərbaycanı Böyük Zəfərə daha da yaxınlaşdırdı. Xalqın vəhdəti, ordunun qüdrəti2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən Müharibəsi isə artıq tək bir ordunun deyil, bütöv bir xalqın, bütün dünya azərbaycanlılarının savaşı idi. Vətənin hər yeri cəbhə idi, atalar, oğullar silaha sarılır, analar dua edir, əli qələm tutanlar isə informasiya cəbhəsində vuruşurdular. Bu, son yüzilliklərdə misli görünməmiş bir mənzərə idi: Xalq və ordunun birləşdiyi milli dirçəliş anı. Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Laçın və Şuşada döyüşən əsgərlər tək bu şəhərləri deyil, mənəviyyatımızı, qürurumuzu azad edirdilər. Çünki Şuşa təkcə strateji bir nöqtə deyildi, milli ruhumuzun, mənəvi varlığımızın, mədəniyyətimizin beşiyi idi. Azərbaycan əsgərinin ayaq səsləri Şuşada eşidiləndə Xarıbülbül sanki illərin sükutundan sonra yenidən nəfəs aldı. Bayrağımız Şuşa qalasında dalğalananda, Cıdır düzündə küləklə birlikdə şəhidlərin ruhu da pıçıldadı: “Biz döndük, Vətən!” Torpaqlarımızı azad etdik, amma bu həm də ruhumuzun azadlığı oldu. Bu gün artıq dünya Azərbaycan xalqını başqa cür tanıyır: qorxmaz, mərd, ədalətli, ən əsası Qalib bir xalq kimi. Bu gün azad olunan torpaqlarımızda görülən geniş miqyaslı abadlıq-quruculuq işləri - yeni salınan yollar, tikilən və ya bərpa edilən məscidlər, yeni inşa edilən məktəblər, xəstəxanalar və s. sadəcə tikinti hadisəsi deyil, milli qürurun, əzmin, dirçəlişin, gələcəyə inamın təntənəsidir... Vətən Müharibəsinin beşinci ildönümü bizə bir daha xatırladır ki, Azərbaycan xalqı yumruq kimi birləşdikdə heç bir güc qarşısında əyilməz, heç bir qüvvə onu məğlub edə bilməz. Ali Baş Komandanımızın "Qarabağ Azərbaycandır" nidası yalnız bir söz deyil, xalqın qəlbində əbədi yaşayan bir himndir. Biz bu himni hər gün yaşayır, gələcəyə aparan yolu işıqlandırırıq. Tarixi dəyişdirən o günlərin ruhu, Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi hər birimizin qəlbindədir – keçmişə minnətdarlıq və qürurla, gələcəyə isə inam və ümidlə baxmaq üçün… Zəfərin mübarək, Azərbaycan! İbrahim Cəfərov, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
