Zəfər bayramı - təqvimimizin qızıl hərflərlə yazılmış tarixi31-10-2025, 13:52
Çap et 44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində və mədəniyyətində xüsusi yeri olan Şuşa şəhəri də daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini işğaldan azad etdi. 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatla hərbi əməliyyatlara son qoyuldu və Ermənistan öz məğlubiyyətini etiraf edərək, Kəlbəcər, Ağdam və Laçın rayonlarından silahlı qüvvələrini çıxartdı. Beləliklə də, münaqişə hərbi-siyasi yolla öz həllini tapdı.. 30 ilə yaxın davam edən təcavüz siyasəti çərçivəsində Ermənistan tərəfindən törədilən qeyri-qanuni fəaliyyət, beynəlxalq hüquq pozuntuları, müharibə cinayətləri, o cümlədən urbisid, kultursid, ekosid cinayətlərinin araşdırılması və bu pozuntulara görə məsuliyyət daşıyanların beynəlxalq ədalət qarşısında cavab verməsi üçün Azərbaycan tərəfindən müvafiq addımlar atılıb və bu addımlar növbəti mərhələdə davam edəcəkdir. Günahkarların cəzalandırılması, ədalətin təmin olunması və gələcəkdə bu halların təkrarlanmasının qarşısının alınması baxımından vacibdir. Azərbaycanın gələcəyə baxış strategiyasının əsasını dayanıqlı sülh, inkişaf və tərəqqinin təmin edilməsi təşkil edir. Ərazilərinin işğalı faktorunun aradan qaldırılması ilə Azərbaycan, beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü, beynəlxalq sərhədlərin toxunulmazlığı prinsiplərinə ciddi riayət edilməsi əsasında Ermənistanla münasibətlərin normallaşdırılmasına hazırdır. Bölgədə gələcək sülh və təhlükəsizliyin təminatı üçün hazırkı mərhələdə üçtərəfli bəyanatların tam şəkildə icrası vacibdir və Azərbaycan bu istiqamətdə atdığı addımlara Ermənistan tərəfindən qarşılıq verilməsini gözləyir. Münaqişənin bitməsi ilə Cənubi Qafqaz regionunda yeni reallıqlar yaranıb və hər kəs bu reallıqları qəbul etməlidir. Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir. Beynəlxalq ictimaiyyət bu mənada müsbət rol oynamalı və sülhün alternativinin olmamasını dərk etmək üçün Ermənistana çağırış etməlidir. Ermənistanda revanşizmin və onun silahlandırılmasının birbaşa və ya dolayı şəkildə dəstəklənməsi cəhdlərinə son qoyulmalıdır. Döyüş meydanında əldə edilmiş uğurlar danışıqlar masasında Azərbaycanı diktə edən tərəfə çevirdi. Rəşadətli ordumuzun qarşısında diz çökən düşmənin Azərbaycan Prezidentinin Vətən müharibəsinin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı və öz kapitulyasiyasını müəyyən edən bəyanatı imzalamağa məcbur oldu. "Qarabağ Azərbaycandır və nida işarəsi" ifadəsini Zəfərimizin rəmzinə çevirən Ali Baş Komandan İlham Əliyevin qürurla səsləndirdiyi bu ifadə həyatda öz təsdiqini tapdı. 8 noyabr - Zəfər Günü, Azərbaycan xalqının tarixinin şanlı səhifəsini təşkil etməklə, beynəlxalq hüquq və ədalətin təntənəsidir. Bu önəmli gündə Azərbaycanın müstəqilliyi, suverenliyi və bütövlüyü uğrunda canlarından keçən bütün Şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla anırıq. ![]() Elvina Xasməmmədova, "Azərbaycan xanımı" jurnalının baş redaktoru,"Qızıl qələm" mükafatı laureatı Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞR11:41
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində və mədəniyyətində xüsusi yeri olan Şuşa şəhəri də daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini işğaldan azad etdi. 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatla hərbi əməliyyatlara son qoyuldu və Ermənistan öz məğlubiyyətini etiraf edərək, Kəlbəcər, Ağdam və Laçın rayonlarından silahlı qüvvələrini çıxartdı. Beləliklə də, münaqişə hərbi-siyasi yolla öz həllini tapdı.