Heqiqet.Az » sosial » İQLİM DƏYİŞKƏNLİYİ VƏ BEYNƏLXALQ MÜNASİBƏTLƏR


İQLİM DƏYİŞKƏNLİYİ VƏ BEYNƏLXALQ MÜNASİBƏTLƏR

1-11-2025, 15:08
Çap et
İqlim dəyişkənliyi və onunla mübarizə beynəlxalq münasibətlərdən birbaşa asılıdır. Sağlam beynəlxalq münasibətlər zəminində bu ümumbəşəri bəlaya qarşı mübarizə asan, daha effektli olar. İqlim dəyişiklikliyi və onunla mübarizə qlobal məsələ olduğuna görə həllinə qlobal yanaşma tələb edir. Çoxsaylı ekoloji problemləri aradan qaldırmaq üçün milli maraqları bir kənara qoyub ümumbəşəri marağı əsas götürərək dövlətlərin konsensusa gəlməsi sağlam beynəlxalq münasibətlərin əsasını təşkil edir. İqlim dəyişikliyi ilə mübarizə nəticə etibarı ilə ədalət prinsipinin bərqərar olmasına, beynəlxalq münasibətlərin sağlamlaşmasına, irgindən, dinindən, tarixi keçmişindən, milli mənsubiyyətinə asılı olmayaraq konsolidasiya, inteqrasiya proseslərini təmin edən bir yoldur. Qlobal sülhə nail olmaq üçün bir vasitədir.
İqlim dəyişikliyi, qlobal istiləşmə ekoloji böhranın təzahür formalarından biridir. Başlaması sənayeləşmə ilə bir vaxta düşür. Obyektiv və subyektiv səbəbləri vardır. Obyektiv səbəb günəş fəallığının artırılmasıdır. Subyektiv səbəb ətraf mühitinin, havanın, suyun, torpağın, kosmosun çirklənməsidir. Ətraf mühitin çirklənməsinin səbəbləri çoxdur. Bunların içində ən önəmlisi təbiətdə kritik müdaxilənin olmasıdır. Təbii sərvətlərin amansızcasına istismarı, həmçinin yanacaq materiallarının, neftin, qazın, daş kömürün, torfun qeyri rasional istifadəsi karbon emissiyasını törədir.
Təbiətə, eyni zamanda bəşəriyyətə kritik müdaxilənin digər forması müharibələrdir.
Müharibələr iqlim dəyişikliyi ilə mübarizədə əsas vasitələrdən biri olan ətraf mühitin qorunmasının əksinə olaraq ətraf mühiti xarabalara çevirir. Ətraf mühitin təbii çirklənməsi də mövcuddur. Radiasiya, təbii radioaktivlik, vulkan püskürmələri, ildırım vurması nəticəsində, anomal istilər səbəbindən baş verən, son zamanlar tez-tez rast gəlinən meşə yanğınlarını göstərmək olar. Belə bir məlum həqiqəti yada salmaq yerinə düşər. İnsan bir parçası olmaq etibarı ilə təbiəti qorumaqla özünü qorumuş olur. Bu həqiqət dərk olunmuş məsuliyyət səviyyəsinə çatdıqda daha güclü olur.
Beynəlxalq aləmdə Azərbaycan respublikasına olan güvən getdikcə artmaqdadır. Təsadüfi deyildir ki, Qoşulmama hərəkatına daxil olan ölkələr Azərbaycanın təşkilata sədrliyini daha bir artırılmasına qərar vermişdi. Buna rəğmən dünyanın 198 dövləti yekdilliklə BMT-nin iqlim dəyişikliyi üzrə 29-cu konfransının Azərbaycanda keçirilməsinə səs verdilər.
Azərbaycan COP-29 iqlim konfransına ev sahibliyi edərək 11 noyabr - 22 noyabr 2024-cü il tarixdə Bakı şəhərində yüksək səviyyədə təşkil etdi.
Konfransda 70-dən artıq dövlət və hökumət başçıları səviyyəsində təmsil olundu. Ümumilikdə 72 mindən çox ziyarətçi iştirak etdi. BMT-nin COP-29 Bakı iqlim konfransı ölkə və şirkətlərin öz iqlim öhdəliklərini yerinə yetirmək üçün əməkdaşlıq edə biləcəkləri karbon bazarlarının yaradılması, həmçinin 2015-ci ildə qəbul olunmuş Paris Sazişinin 6-cı maddəsinin həyata keçirilməsi zamanı qənaət olunmuş 250 milyard ABŞ dollarını hər il iqlim problemlərinə yönəltməklə qlobal istiləşməni 1,5 civarında məhdudlaşdırmaq qərarı ilə yadda qaldı. Azərbaycan respublikası qlobal istiləşməni bu səviyyədə saxlamaq üçün 2030-cu ilə qədər karbon qazı emissiyasını 35%, 2050-ci ilə qədər 40% azaltmaq öhdəliyini götürmüşdür. Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev işğaldan azad olmuş əraziləri "Yaşıl enerji" zonası elan etmişdir. 2050-ci ilədək bu ərazi "Netto sıfır emissiya" zonasına çevriləcək.
Azərbaycan dövləti eyni zamanda bir çox Avropa dövlətlərini yaşıl enerji ilə təmin etməyi qərara almışdır. Macarıstan və Rumıniya ilə Qara dənizin dibi ilə kabel çəkilişi layihələndirilmişdir, yaxın vaxtda reallaşdırılacaqdır.

İQLİM DƏYİŞKƏNLİYİ VƏ BEYNƏLXALQ MÜNASİBƏTLƏR

Məsum Kamal oğlu Əliyev,
Kürdəmir rayon Karrar Ailə-Sağlamlıq mərkəzinin bölmə müdiri
31.10.2025
Reytinq: