Şikayət Ərizəsi29-11-2025, 20:20
Çap et ![]() Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevə Xaçmaz rayon Qoçaqlı kənd sakini Başaratova Gülnar Hətəm qızının səlahiyyətli nümayəndəsi Başaratov Vüsal Hətəm oğlu tərəfindən Əlaqə: +994 50 718 00 66 Şikayət Ərizəsi Hörmətli cənab Baş prokuror! Bildirirəm ki, bacım Başaratova Gülnar Hətəm qızı 01.08.2018-ci il tarixdə Xaçmaz Rayon Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsi (№ 4ə-157) əsasında 4 sot torpaq sahəsi almışdır. Sonradan, 24.02.2022-ci il tarixdə həmin torpaq sahəsi üzrə bacımın adına çıxarış və texniki pasport verilmişdir. Çıxarış üçün müraciət zamanı sözügedən massivdə elektron xəritələrdə sürüşmə olduğu müəyyən edildiyindən, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Kərim bəyin iştirakı ilə yerində baxış keçirilmiş və faktiki koordinatlar müəyyən edilərək, elektron xəritədə düzəliş ediləcəyi barədə məlumat verilmişdir. Lakin təəssüf ki, bu günədək həmin koordinatlar elektron bazada öz əksini tapmamışdır. 03.11.2025-ci il tarixdə 2825042655 nömrəli ərizə ilə Xaçmazda yerləşən Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etdikdə məlum olmuşdur ki, mənə məxsus torpağa Nuruyeva Könül Nurəddin qızına, üstündə tikilmiş evə isə Museyibov Müslim Tofiq oğluna çıxarış verilmişdir. Əldə etdiyim məlumata görə, Nuriyeva Könül Nurəddin qızına mənə məxsus torpağa 2 il öncə Çıxarış əldə etmək istəyəndə birinci dəfə Daşınmaz Əmlakın Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən imtina verilmiş, lakin sonra hansısa yollarla həmin əraziyə Çıxarış əldə etməyə nail olmuşdur. Bələdiyyə mülkiyyətini yenicə özəlləşdirdiyinə görə 5 il ərzində Könül xanım həmin torpağı bağışlaya və ya sata bilməzdi. Amma həmin yeri qeyri qanuni yolla torpağı Museyibov Müslüm Tofiq oğluna satdığına görə torpaq hələ də Könül Nuriyevanın adında əks olunur. Amma buna baxmayaraq həmin torpağın üstündə evi tikən Müslüm Musayibov isə öz adına olmayan torpağın üstündə tikilən evə necəsə Çıxarış əldə etməyi bacarmışdır. Azərbaycan Respublikasının qanunvericiliyinə görə torpaq bir şəxsin üstündə tikilən ev isə başqa şəxsin adına ola bilməz. Massiv sürüşməsinə düzəliş olunarkən yerli Bələdiyyə əməkdaşının, Daşınmaz Əmlakın Dövlət Xidmətinin Ərazi İdarəsinin, habelə yerli İcra Nümayəndəsinin əməkdaşı və ən başda torpağın çəpər qonşularının birmənalı olaraq iştirakı ilə Akt tərtib edilməlidir. Lakin, həmin Akt tərtib olunarkən çəpər qonşusu olan bacım Başaratova Gülnar Hətəm qızının iştirakı təmin olunmamışdır. Hətta torpağı da bacım Başratova Gülnar Hətəm qızına məxsus əraziyə sürüşdürülmüşdür. Bacıma məxsus ərazini Azərbaycan Respublikasının qanunlarını kobudcasına pozaraq digər şəxsin adına, üstündə tikilən evi isə tamam başqa şəxsin adına rəsmiləşdirildiyi məlum olur. 2022-ci ilin fevral ayında mühəndis Kərim bəy tərəfindən faktiki yerində götürülmüş koordionatlarla bağlı Daşınmaz Əmlak Dövlət Xidmətinin 5 saylı Ərazi İdarəsinə 12.11.20225-ci il tarixli “Sorğu” göndərsəm də sorğuya aidiyatı olmayan digər axiv sənədlərini mənə təqdim edib. Çünki, faktiki yerində götürülmüş koordianatlar idarənin cinayət xarekterli hərəkətini açıq aşkar ortaya qoyur. Hörmətli cənab Kamran Əliyev: Azərbaycan Respublikasının Qanunlarının Aliliyini rəhbər tutaraq yuxarıda sadaladığım faktları nəzərə alaraq Azərbaycan Respublikasının qanunlarından şəxsi mənafelərini üstün tutan, qanunları kobudcasına pozan, sənədləri saxtalaşdırmasında birbaşa və bilavasitə rolu olan şəxsləri araşdıraraq qanun çərçivəsində şiddətli şəkildə cəzalandırmağınızı, göndərdiyim sorğunun cavabını tələb etməyinizi, bacımın torpaq üzərindəki pozulmuş hüquqlarının bərpa olunmasında köməkdarlıq etməyinizi xahiş edirəm. Qanunun aliliyinə və Sizin ədalətli mövqeyinizə inamımı bildirir, öncədən təşəkkürümü çatdırıram. Qoşma: Çıxarışın və Texniki pasportun surəti, İmtina Ərizəsinin surəti, Daşınmaz Əmlakın Dövlət Xidmətinin 5 saylı Ərazi İdarəsinə göndərdiyim 2022-ci ildə yerində götürdüyü koordinatlarla bağlı sorğunun və cavabın surəti, etibarnamənin surəti. Heydər Əliyev: “Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə.” İmza: Başaratov Vüsal Hətəm oğlu Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

