Heqiqet.Az » sosial » 650 kq-dan artıq saxta bal aşkar olundu


650 kq-dan artıq saxta bal aşkar olundu

22-10-2015, 14:38
Çap et
650 kq-dan artıq saxta bal aşkar olundu Kənd Təsərrüfatı Nazirliyi tərəfindən oktyabrın 10-dan Bakı şəhəri, Nizami küçəsi, 92 ünvanında (köhnə dəyirmanın yaxınlığında) arıçılıq məhsullarının sərgi-satış yarmarkası keçirilir.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, arıçılıq məhsullarının sərgi-satış yarmarkasının mütəşəkkil keçirilməsi üçün mütəxəssislərdən ibarət İşçi Qrupu tərəfindən salonda satılan arıçılıq məhsullarına nəzarət edilərkən laboratoriya müayinəsindən keçməyən, mənşəyi məlum olmayan, anbara təhvil verilməyən və qeydiyyata alınmayan hər biri 50 kq-dan artıq olan 13 ədəd balla dolu bidonların oktyabrın 21-də yarmarkaya keçirilməsi faktı aşkar edilib.
İşçi Qrupu tərəfindən 7 arıçıya aid balla dolu olan bidonlar müvafiq qaydada aktlaşdırılaraq dərhal sərgi-satış yarmarkasından çıxarılıb və həmin arıçılar da yarmarkadan kənarlaşdırılıb.
Qeyd edək ki, həmin yarmarkalarda xüsusilə Astara və Daşkəsən rayonlarından gələn arıçılar daha çox təmsil olunurlar. Arıçılıq məhsullarının sərgi-satış yarmarkasında Kənd Təsərrüfatı Nazirliyi tərəfindən arıçılara öz məhsullarını satmaq üçün lazımi şərait yaradılıb. Bütün bal məhsulları rayonlarda zona baytarlıq laboratoriyalarında müayinədən keçirilmiş, bal məhsulu olan qablar bağlanaraq möhürlənmiş və keyfiyyət göstəricilərini təsdiq edən müvafiq sənədlər əsasında arıçılıq məhsullarının müvəqqəti saxlanma anbarına təhvil verilib. armarkanın keçirildiyi müddətdə şəffaflığın və təhlükəsizliyin təmin olunması məqsədi ilə satış salonunda və bal saxlanan anbarda müşahidə kameraları quraşdırılıb.
Reytinq: