» » Dabaq xəstəliyinə qarşı peyvəndləməyə başlanıldı


Dabaq xəstəliyinə qarşı peyvəndləməyə başlanıldı

2-12-2015, 12:51
Çap et
Dabaq xəstəliyinə qarşı peyvəndləməyə başlanıldı Ölkə ərazisinin epizootoloji sabitliyinin təmin olunması məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Beynəlxalq Epizootik Büronun tələblərinə uyğun olaraq Epizootiya əleyhinə tədbirlər planına əsasən 2015-ci ilin dekabr ayında respublika ərazisində dabaq xəstəliyinə qarşı profilaktik peyvəndləmə tədbirinə başlayıb. Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətindən verilən xəbərə görə, iri buynuzlu heyvanların peyvəndlənməsi ilk növbədə ölkənin sərhəd rayonlarında, daha sonra respublikanın digər rayonlarda həyata keçiriləcək.
Dabaq xəstəliyinə qarşı profilaktik tədbirlərin daha səmərəli və operativ həyata keçirilməsi üçün heyvan sahiblərinin və aidiyyəti yerli qurumların yerlərdə dövlət baytarlıq xidmətinin mütəxəssislərinə müvafiq şərait yaratmaqla əməli köməklik göstərmələri tövsiyə olunur.
Hazırda respublikanın epizootik vəziyyəti sabitdir.




Reytinq: