Heqiqet.Az » hadise » Bakıda tikilməkdə olan metrostansiyaya məxsus vaqonlarda yanğın baş verib


Bakıda tikilməkdə olan metrostansiyaya məxsus vaqonlarda yanğın baş verib

9-02-2016, 09:06
Çap et
Bakıda tikilməkdə olan metrostansiyaya məxsus vaqonlarda yanğın baş verib
Bakı şəhəri, Nəsimi rayonunda tikilməkdə olan metrostansiyaya məxsus fəhlələrin soyunub-geyinmə üçün nəzərdə tutulmuş ümumi sahəsi 67 kv.m olan (hər birinin sahəsi 22,5 kv.m) 3 ədəd vaqonun lambirdən ibarət üzlükləri və digər vaqonun yanar konstruksiyaları qismən yanıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur.
Yanğın saat 22:56-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Reytinq: