Heqiqet.Az » hadise » Bakıda qardaş qardaşı güllələyib


Bakıda qardaş qardaşı güllələyib

26-05-2015, 11:41
Çap et
Bakıda qardaş qardaşı güllələyib Bakıda silahlı insident olub.
APA-nın məlumatına görə, hadisə Sabunçu rayonu, Ləhiş bağlarında qeydə alınıb. Orada yaşayan, 1972-ci il təvəllüdlü İmran Soltanov yaşadığı evdə ov tüfəngi ilə qardaşı, 1977-ci il təvəllüdlü Tərlan Soltanovu güllələyib. Nəticədə qol və qarın nahiyəsində güllə yarası alan T. Soltanov xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən İ. Soltanov saxlanılıb. Ondan hadisə zamanı istifadə etdiyi silah götürülüb.

Heqiqet.az
Reytinq: