Almaniyada 6 minə yaxın qaçqın uşaq itkin düşüb11-04-2016, 09:19
Çap et Almaniyada 6 minə yaxın qaçqın uşaq itkin düşmüş kimi qeydiyyata alınıb. Bu barədə Almaniya DİN-in məlumatında deyilir. Qurumun məlumatında qeyd olunur ki, 8006 nəfər həddi-buluğa çatmayanların yalnız 2171-ni tapmaq mümkün olub. “İtkin düşənlərin əksəriyyəti Əfqanıstan, Suriya, Eritreya, Mərakeş, Əlcəzairdən və böyüklərin müşaiyət etmədikləri uşaqlardır. Onlardan 555-in yaşı isə 14-də çatmır”, məlumatda vurğulanır. Qeyd edək ki, bundan əvvəl Avropa İttifaqının polis xidməti – Avropol son iki ildə böyüklərin müşayiəti olmadan Avropaya gələn 10 min qaçqın uşağın itkin düşməsinə dair məlumat yayıb. Avropol itkin düşən uşaqların insan alveri ilə məşğul olanların əlinə keçdiyini, mütəşəkkil kriminal qruplara cəlb oluna biləcəklərini ehtimal edir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdümHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
