Oğlan müəllimini sevib qaçırdarsa... - REPLİKA25-05-2016, 14:28
Çap et Səhərdən mediamızın da, sosial mediamızın da müzakirə mövzusu budur. Doğrudan da, çox iyrənc bir dövrdə yaşayırıq. Təməli yeni qoyulan ailənin sirləri ortalara tökülür, anasının razılığı, direktorun narazılığı... Və hətta bu fars gedib Təhsil Nazirliyinə çıxır. Nazirlik münasibət bildirməliymiş! Oğlan məktəbi qurtarıb müəlliməsi ilə evlənib, buna nazirlik neyləsin? Və bu hadisənin ictimai əhəmiyyəti nədədir? Ortada bir cinayət, azyaşlı ilə nikah varmı? Yoxdur! Xanım, ya da bəy, ictimai fiqurlardırmı ki, onların həyatı ictimaiyyət üçün maraqlı olsun? Xeyr! Hansısa bir zorakılıq olubmu? Olmayıb. Sadəcə ailələrin razılığı olmayan bütün cütlüklər kimi qoşulub qaçıblar. Adicə bir hadisə media tərəfindən şişirdilərək gündəmə gətirilir, halbuki KİV haqqında qanun bu cür xəbərlərin verilməsini birmənalı şəkildə qadağan edir (Maddə 60. IV bənd). Amma elə bu media erkən nikah məsələsinə qarşı tamamilə diqqətsizdir, nə bu barədə doğru-dürüst bir araşdırma var, nə maarifləndirmə var, nə də ictimai müzakirə. Bu jurnalistika deyil... Bu küçə qeybətidir. Və bu medianın mövcudluğu erkən nikahlardan da təhlükəlidir! Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
