Heqiqet.Az » sou » Pərəstişkarlarının sürprizi Natavan Həbibini kövrəltdi


Pərəstişkarlarının sürprizi Natavan Həbibini kövrəltdi

31-05-2016, 19:31
Çap et
 Pərəstişkarlarının sürprizi Natavan Həbibini kövrəltdi  "Xəzər" televiziyasında yayımlanan əkiz Sevil və Sevinc bacılarının təqdimatında olan "Hər şey daxil" verilişində ad gününü qeyd edən müğənni Natavan Həbibinin sevincinə onun sənət dostlarıda şərik olublar.
Belə ki, onu təbrik etməyə gələn müğənnilər Elnur Məmmədov, Nura Suri, Xəyyam Nisanov, Nazim Məmmədov və Samir Cavadzadə olublar. Verlişdə müğənninin keçdiyi həyat və sənət yolundan bəhs olunan videoroliklər təqdim olunub. Müğənninin sənət müəllimi Vaqif Gərayzadə də onu canlı telefon bağlantısı vasitəsi ilə təbrik etməyi unutmayıb. Verlişin ən maraqlı hissəsi isə müğənninin pərəstişkarlarının ona etdiyi gözlənilməz sürprizi olub. İdeası və montajı Aysu Allahverdiyevaya məxsus olan və pərəstişkarları tərəfindən hazırlanan sürpriz videoda hər bir pərəstişkar tərərfindən müğənninin mahnılarının adlarına uyğun gözəl təbrik sözləri hazırlanaraq təqdim olunub. Daha sonra isə gözlənilməz şəkildə çəkiliş məkanına daxil olan pərəstişkarlar müğənnini təəccübləndirməyə hətta yaxşı mənada kövrəltməyə də müəffəq olublar. Sevincdən gözləri dolan müğənni hər bir pərəstişkarına sonsuz təşəkkürlərini bildirərək hər biri ilə ayrı-ayrılıqda şəkillər də çəkdirib.
Şəkillərə görə Ayşən Səmədovaya təşəkkürümüzü bildiririk.

Cəmilə Vasifqızı

 Pərəstişkarlarının sürprizi Natavan Həbibini kövrəltdi   Pərəstişkarlarının sürprizi Natavan Həbibini kövrəltdi   Pərəstişkarlarının sürprizi Natavan Həbibini kövrəltdi   Pərəstişkarlarının sürprizi Natavan Həbibini kövrəltdi   Pərəstişkarlarının sürprizi Natavan Həbibini kövrəltdi   Pərəstişkarlarının sürprizi Natavan Həbibini kövrəltdi   Pərəstişkarlarının sürprizi Natavan Həbibini kövrəltdi
Reytinq: