» » “Qəbələ” İdman Klubunun təmsilçisi dünya çempionu olub


“Qəbələ” İdman Klubunun təmsilçisi dünya çempionu olub

21-11-2016, 12:52
Çap et
“Qəbələ” İdman Klubunun təmsilçisi dünya çempionu olub Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Təmsilçimiz Fransanın Marsel şəhərində keçirilən döyüş gecəsində rinqə çıxıb.
Nəbiyev muay-tay növü üzrə dünya çempionu kəməri uğrunda mübarizə aparıb. 79,3 kq çəki dərəcəsində planetin ən yaxşısı olmaq üçün rinqə çıxan Alim fransalı Yohan Lidonla qarşılaşıb.
Gərgin keçən 5 raundluq döyüşdə xal hesabı ilə qalib gələn idmançımız WMS versiyası üzrə dünya çempionu adına yiyələnib.
Reytinq: