Ağ Ev yalnız dininə görə insanların terrorçu olmasından ehtiyatlanmamağa çağırıb30-11-2016, 10:20
Çap et Bbu barədə brifinqdə ABŞ prezidentinin mətbuat katibi Coş Ernest bildirib. “Əgər biz konkret dinə etiqad edən insanlara dair şübhələri artırsaq, hücumların çoxalmasına kömək etmiş olarıq”, - deyə Ernest bildirib. Qeyd edək ki, İŞİD terror qruplaşması ABŞ-ın Ohayo ştatında noyabrın 28-də universitetə edilən silahlı hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Terrorçu qruplaşma ilə əlaqəli “Amaq” saytı hücum edən Əbdül Razak Əli Artanın İŞİD-in “əsgəri” olduğunu qeyd edib. Qeyd edək ki, noyabrın 28-də səhər saatlarında adıçəkilən 20 yaşlı şəxs idarə etdiyi avtomobili universitetin ərazisində piyadaların üstünə sürüb, sonra isə, maşından düşərək bıçaqla tələbələrə zərbələr endirməyə başlayıb. İnsident nəticəsində 11 nəfər xəsarət alıb. Hadisə yerinə gələn polis əməkdaşları silahlını məhv edib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
