Demo Sayt » gundem » Azərbaycan prezidenti: "Biz bu qanlı terror cinayətini qətiyyətlə və qeyd-şərtsiz pisləyirik"


Azərbaycan prezidenti: "Biz bu qanlı terror cinayətini qətiyyətlə və qeyd-şərtsiz pisləyirik"

20-12-2016, 15:18
Çap et
Azərbaycan prezidenti: "Biz bu qanlı terror cinayətini qətiyyətlə və qeyd-şərtsiz pisləyirik" Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə başsağlığı verib.
Prezidentin başsağlığı məktubunda bildirilir:
“Rusiya Federasiyasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Andrey Gennadyeviç Karlovun faciəli ölümü barədə xəbər məni dərindən sarsıtdı. Biz bu qanlı terror cinayətini qətiyyətlə və qeyd-şərtsiz pisləyirik. Sizə, həlak olmuş səfirin ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.
Reytinq: