Azərbaycan yığması FİFA reytinqində mövqeyini qoruyacaq6-01-2017, 16:36
Çap et 2017-ci ildə açıqlanacaq milli komandaların ilk FİFA reytinqinin konturları bəlli olub. Yanvarın 12-də qurum tərəfindən açıqlanacaq cədvəllə bağlı təxmini siyahı tərtib edilib.İlin ilk cədvəli ciddi dəyişiklik vəd etmir. Çünki hesabat dövründə yığmaların iştirakı ilə çox az sayda matç keçirilib. Bütün bunlar isə siyahıdakı dəyişiklikləri minimuma endirib. Düzdü, Surinam 22, Nikaraqua 11, Maldiv adaları 9 pillə irəliləməyə, Əfqanıstanla Banqladeş 5 addım geriləməyə macal tapıb. Amma bu yerdəyişmələr heç də hamıya təsir etməyib. Təxmini cədvəldə 2016-cı ildəki son siyahının açıqlandığı vaxtdan sonra heç bir matça çıxmayan Azərbaycan millisinin də mövqeyi toxunulmazdı. 386 xala malik Robert Prosineçkinin yetirmələri 90-cı pillədədi. Lakin artıq Toqo millisi yığmamıza çatıb. Bu üzdən mövqeyimiz afrikalılarla şəriklidi. Millimiz və “qonşular”ı 85 (73). Haiti - 413 86 (86). Ermənistan – 412 87 (88). Zambiya - 401 88 (89). Keniya - 396 89 (85). Liviya – 390 90 (90). Azərbaycan - 386 90 (91). Toqo – 386 92 (93). Antiqua və Barbuda – 370 93 (93). Finlandiya – 368 93 (92). Ruanda - 368 95 (95). Boliviya - 359 Dünyanın ən güclü 10 komandasının mövqeyində isə heç bir dəyişiklik yaşanmayıb. Liderlərin xal hesabları da dəyişməz qalıb. İlk “onluq” 1 (1). Argentina – 1634 2 (2). Braziliya – 1544 3 (3). Almaniya – 1433 4 (4). Çili – 1404 5 (5). Belçika – 1368 6 (6). Kolumbiya – 1345 7 (7). Fransa – 1305 8 (8). Portuqaliya – 1229 9 (9). Uruqvay – 1187 10 (10). İspaniya – 1166 Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən yalnız Çexiyanın mövqeyi dəyişib. Onlar təxmini siyahıya əsasən 2 addım irəliləyəcək. Onlar Əlcəzair və İsveçin geriləməsindən faydalanıb. DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu 3 (3). Almaniya – 1433 32 (32). Şimali İrlandiya - 767 41 (43). Çexiya - 671 83 (83). Norveç - 422 202 (202). San-Marino – 17 Qeyd edək ki, qonşu Türkiyə yığması ehtimallar cədvəlində də 24-cü yerdə qalıb. “Ay-ulduzlular”ın hesabında 851 xal var. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

2017-ci ildə açıqlanacaq milli komandaların ilk FİFA reytinqinin konturları bəlli olub. Yanvarın 12-də qurum tərəfindən açıqlanacaq cədvəllə bağlı təxmini siyahı tərtib edilib.