Heqiqet.Az » sehiyye » “Həkimlik sənəti qəhrəmanlıqdır, hünər deməkdir...”


“Həkimlik sənəti qəhrəmanlıqdır, hünər deməkdir...”

12-01-2017, 12:01
Çap et
“Həkimlik sənəti qəhrəmanlıqdır, hünər deməkdir...” 2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru, tibb elmləri namizədi, dosent Dilarə Məmmədəliyeva örnək kadrlarımızdan biridir

Ölkəmizin səhiyyə prioritetləri günün reallığı kimi diqqət çəkir. Buna əyani misal olaraq hazırda böyük minnətdarlıq hissi ilə qarşılanan bir sıra mühüm amilləri örnək gətirmək olar. Milli səhiyyəmizin sivil proseslərə qoşulması da bu prinsipin bir qoludur. Elə səhiyyə ocaqlarında diqqət çəkən müasirlik, yeni metod və əyanilik də bu xarakterə tam uyğun gəlir.
Səmimi etiraf edək ki, son illər 2 nömrəli Bakı Baza Tibb Kollecində də səhiyyə və cəmiyyət prinsipləri əsas prioritet məsələlərdən biri kimi xüsusi önəm kəsb edir. Kollecin direktoru, tibb elmləri namizədi, dosent Dilarə Məmmədəliyevanm rəhbərliyi altında burada həyata keçirilən metodik işlər, sivil inkişafa zəmin verən milli göstəricilər tibbi nailiyyətlərin artması üçün yetərli hesab olunur. Məhz bu aspektdən yanaşdıqda, adıçəkilən kollecdə müasir tibbi yüksəliş və beynəlxalq əhəmiyyətli səhiyyə amilinin olduğuna inanırıq. “Həkimlik sənəti qəhrəmanlıqdır, hünər deməkdir...” Açığı, dəfələrlə apardığımız sosioloji reydlər, keçirdiyimiz ictimai rəylər də buna tam əsas verir. Bu səbəbdən tam səmimiyyətlə deyə bilərik ki, Dilarə xanımın rəhbərliyi altında 2 nömrəli Bakı Baza Tibb Kolleci müasir səhiyyə prioritetləri ilə əhatələnib. Onun səhiyyə və tibb sahəsindəki qabarıq vətəndaşlıq nümunələri, həkim təcrübəsi böyük şəxsiyyət, xoşniyyətli, təvazökar, gözəl xasiyyətli vətəndaşlığını özündə xarakterizə edir. Ondakı gözəl əxlaq mütləq yaxşılıqla, gözəlliklə və hətta bunlarm daha çoxu ilə qarşılıq görür. Yaxşı iş görənlər üçün ən yaxşısı - Cənnət və bundan da üstünü Allahı görməkdir. Bu mənada Dilarə xanım Məmmədəliyeva kimi yaxşı insanların, bacarıqlı həkimlərin üzünü nə bir qubar, nə də bir zillət bürüyər. “Həkimlik sənəti qəhrəmanlıqdır, hünər deməkdir...” Dilarə xanım çox gözəl bilir ki, cəmiyyət səhiyyədəki tibbi pro-seslərlə nicat tapır. O da tam məsuliyyətlə könül verdiyi peşədə insanlarm sağlamlığı naminə əllərindən gələni edir, sözün həqiqi mənasında əsl həkim-mütəxəssis bacarığı nümayiş etdirir. O, bütün hallarda bacarıqlı həkim, qayğıkeş vətəndaşdır və həkim peşəsinə böyük dəyər verib: "Həkimlik sənəti qəhrəmanlıqdır, hünər deməkdir. Bu peşə adamdan fədakarlıq, pak niyyət tələb edir. Hər kəs buna qadir ola bilməz. Bunun üçün həkimin fikri aydın, qəlbi təmiz olmalıdır". Ümummilli lider Heydər Əliyevin həkimlərə verdiyi dəyərdə də səhiyyə geniş ampulalı sistem kimi diqqət çəkir. Elə Dilarə xanım Məmmədəliyevanm özünün də bu barədə fikirləri maraqlı təsir bağışlayır: "Həkim olmaq, insanlarm sağlamlığı keşiyində dayanmaq şərəfli olduğu qədər də məsuliyyətlidir".
Dilarə Məmmədəliyeva təkcə kollec rəhbəri kimi funksiya icra etmir, onun tələbələrə göstərdiyi əsl qayğı da bu prosesdə fəallığı ilə seçilir. Deməli, sədaqətli insan özünü heç zaman sadəliyindən kənar tutmur. Dilarə xanımın xislətindəki bu insanlıq rəhbəri olduğu kollecdə təhsil alan tələbələrin, elə müəllim heyətinin də məmnun qaldığı cəhətdir.
Dilarə xanım milli səhiyyədəki inkişafı bir çox amillə əlaqələndirir: Ölkə rəhbərinin apardığı düzgün siyasət və səhiyyə naziri Oqtay Şirəlieyvin səhiyyəyə ayırdığı diqqətlə. Bu gün adıçəkilən kollecdəki müasir şəraitin də kökündə elə bu durur.
Çoxumuz bilirik ki, Dilarə Məmmədəliyeva vəzifəsini vicdanla yerinə yetirən, dövlətin, hakimiyyətin, xalqın və prezidentin, həmçinin ona etimad göstərmiş cənab Oqtay Şirəliyevin etimadını yüksək səviyyədə doğrulda bilən bir şəxsiyyət, bacarıqlı bir xanım, həkim-pedaqoqdur. Onun Vətən aliliyi əsl sevginin təməlindədir. Bu təməl isə həmişə öz möhkəmliyini qoruyacaqdır.

İlkin Əzizxanoğlu
Reytinq: