Demo Sayt » gundem » Tonlarla Azərbaycan tərəvəzi yenə Rusiya ilə sərhəddə saxlanılıb


Tonlarla Azərbaycan tərəvəzi yenə Rusiya ilə sərhəddə saxlanılıb

13-04-2017, 10:01
Çap et
Tonlarla Azərbaycan tərəvəzi yenə Rusiya ilə sərhəddə saxlanılıb Rusiya-Azərbaycan sərhədində Azərbaycandan göndərilmiş 19,2 ton tərəvəz saxlanılıb.
Heqiqet.az Virtualaz.org-a istinadən bildirir ki, bu barədə RİA "Dağıstan”a nəzarət orqanının mətbuat xidmətindən xəbər veriblər.
Mənbənin məlumatına görə, ümumilikdə təxminən 14 ton pomidor və 5,2 ton kartof saxlanılıb.
Tərəvəzin gətirilməsinə qoyulmuş məhdudiyyətin səbəbi kimi karantin şərtlərinə müvafiq məhsulların idxal-ixrac qaydalarını pozması və fitosanitar sertifikatın natamam rəsmiləşdirilməsi göstərilib.
Yoxlama nəticəsində fitosanitar sertifikat etibarsız hesab olunub və karantin şərtlərinə müvafiq məhsulların ölkəyə daxil edilməsinə qadağa qoyulub. Yükün sahibi isə inzibati qaydada məsuliyyətə cəlb edilib.
Reytinq: