Demo Sayt » hadise » Abşeronda güclü yanğın olub


Abşeronda güclü yanğın olub

19-12-2017, 12:04
Çap et
Abşeronda güclü yanğın olub Abşeron rayonu ərazisində güclü yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayon ərazisində ümumi sahəsi 2725 kv.m olan ikimərtəbə və mansardadan ibarət kafenin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 450 kv.m sahədə, 2-ci mərtəbəsi və mansardası 1075 kv.m sahədə yanıb.
Kafenin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.
Reytinq: