Sevdiyi qızı qətlə yetirənin məhkəməsi başlayıb24-02-2016, 11:11
Çap et Bakı Ağır Cinayətlər Məhkəməsində 1990-cı il təvəllüdlü Babək Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb. B.Əliyev sevdiyi qızı qətlə yetirməkdə təqsirləndirilir.Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxışı martın 3-nə təyin edilib. Qeyd edək ki, hadisə keçən il oktyabr ayında baş verib. 1990-cı il təvəllüdlü Babək Əliyev İlahə Yusubovanı qətlə yetirib. O, istintaqa ifadəsində bildirib ki, dəfələrlə tanışı İ.Yusubovaya evlilik təklifi edib, lakin heç vaxt qarşılıq almayıb. Keçən il oktyabrın 29-da B.Əliyev sevdiyi qızı metronun “Qara Qarayev” stansiyasının yaxınlığına görüşə çağırıb. Növbəti dəfə rədd cavabı alan B.Əliyev İ.Yusubovanı yerə yıxaraq ona 15 dəfə bıçaq zərbəsi endirərək xüsusi amansızlıqla qətlə yetirib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Bakı Ağır Cinayətlər Məhkəməsində 1990-cı il təvəllüdlü Babək Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb. B.Əliyev sevdiyi qızı qətlə yetirməkdə təqsirləndirilir.