İndoneziyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 50-yə çatıb28-01-2026, 12:14
Çap et Fəlakətlərin İdarəedilməsi Agentliyi ölənlərin 30-nun şəxsiyyəti müəyyən edilərək meyitləri ailələrinə təhvil verilib. Ölənlər arasında İndoneziyanın elit dəniz piyada qüvvələrinin ərazidəki mərkəzində təlim keçən 23 hərbçisi də var. İtkin düşənlərin axtarışlarına ağır texnika, təxminən 800 xilasedici, habelə xüsusi təlim keçmiş itlər cəlb olunub. Təbii fəlakət nəticəsində evləri zərər görən 700-ə yaxın sakin müvəqqəti təxliyə mərkəzlərinə yerləşdirilib. Torpaq sürüşməsinə dağlıq Çisarua rayonunda ardıcıl iki gün yağan güclü yağışların səbəb olduğu bildirilir. Amma mütəxəssislər sürüşmənin təkcə davamlı güclü yağışlardan deyil, həm də aşınmış vulkanik süxurlar, dik yamaclar, səthdəki çatlar və qırılmalar kimi geoloji amillərin də təsirindən baş verdiyini düşünürlər. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
