Demo Sayt » iqtisadiyyat » Neftin qiyməti ikiqat dəyişəcək - OPEC prezidenti açıqladı


Neftin qiyməti ikiqat dəyişəcək - OPEC prezidenti açıqladı

27-04-2020, 08:28
Çap et
Neftin qiyməti ikiqat dəyişəcək - OPEC prezidenti açıqladı Neftin hazırkı qiyməti 2 dəfə bahalaşacaq.
Bunu Neft İxrac edən Ölkələr Təşkilatının prezidenti (OPEC), Əlcəzairin Energetika naziri Məhəmməd Ərkab deyib.
Əlcəzair dövlət radiosuna açıqlama verən nazir bildirib ki, may və iyun aylarında neftin 1 barelinin qiyməti 40 dollar səviyyəsinə çıxacaq. Buna səbəb isə OPEC-ə üzv ölkələrin istehsalata məhdudiyyətə getməsi qərarının tətbiqi olacaq.
Qeyd edək ki, "Brent” markalı neftin 1 bareli beynəlxalq bazarlarda 21,7 dollara təklif edilir.
Xatırladaq ki, OPEC və OPEC+ ölkələri arasında 10 apreldə əldə edilən razılaşmaya görə neftin istehsalında məhdudiyyətlər tətbiq olunacaq. Qərar çərçivəsində gündəlik xam neft istehsalı miqdarının 1 may-30 iyun tarixləri arasında 10 milyon barelə, 1 iyul-31 dekabr tarixləri arasında 8 milyon barelə, 1 yanvar 2021-30 aprel 2022-ci il tarixləri arasında 6 milyon barelə salınması razılaşdırılıb.
Reytinq: