Üç min il yaşı olan Misir mumiyasının tabutunda nadir rəsmlər aşkarlanıb20-04-2020, 07:59
Çap et "Takerheb" adlanan mumiyanın tanrı Amonun şəhəri olan Thebes nekropolundan 100 il əvvəl İngiltərəyə gətirildiyi bildirilir. Onun Thebe şahzadələrindən birinə aid olduğu ehtimal olunur. Arxeoloqlar tabutun içərisində Qədim Misir tanrılarının rəsmlərini tapıblar. Bu rəsmlər arasında ən nadir olanı isə "Amentet" ("Şərq qadını") adlanan tanrıçanın təsviridir. Şotland alim Mark Hall bildirib ki, indiyədək tabutda - mumiyanın altında bu cür maraqlı rəsmlərin olduğu heç kimin ağlına gəlməyib. Onun sözlərinə görə, bu tapıntı Qədim Misirin e.ə. VIII-VII əsrdə tarixinin tədqiqinə də töhfə olacaq. Tabutun içində "Amentet"in qırmızı libasda təsviri göstərir ki, qədim misirlilər ona səcdə edirmişlər. Misirdən Britaniyaya aparılan mumiya 1936-cı ildə Alloa Təbiətşünaslıq və Arxeologiya Cəmiyyəti tərəfindən Şotlandiyadakı Perts Muzeyinə hədiyyə edilib. 2013-cü ildə onu Mançester Kral Xəstəxanasına aparıblar və orada "X-Ray" vasitəsilə tədqiq ediblər. Radioqrafiya nəticəsində məlum olub ki, mumiyanın bir çox hissələri ciddi deformasiyaya uğrayıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdümHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
