Nazir müavini: "Neftin baza qiyməti ilə bağlı proqnozlarımız özünü doğruldur" - EKSKLÜZİV7-04-2017, 12:41
Çap et "Bilirsiniz ki, biz 2017-ci ilin dövlət büdcəsində neftin baza qiymətini 40 dollardan götürmüşük. Birinci rübün yekunları onu göstərir ki, neftin qiyməti planlaşdırdığımızdan daha yüksəkdir. Amma neftin qiymətinə bel bağlamaq olmaz, çünki qiymətlərdə qeyri-stabillik müşahidə olunur. Təbii ki, neftin müxtəlif qiymətləri ilə bağlı bizim ssenarilərimiz var. Qiymətlərə uyğun siyasətimizi yürüdəcəyik", - deyə nazir müavini bildirib. Qeyd edək ki, "Fitch" reytinq agentliyinin hesablamalarına əsasən, neftin 1 barelinin qiyməti 66 dollar təşkil etdiyi halda Azərbaycanın dövlət büdcəsi profisitlə icra olunacaq. Xatırladaq ki, 2017-ci ilin yanvar-fevral aylarında dövlət büdcəsinə 2 mlrd. 370,5 mln. manat vəsait daxil olub, büdcədən 2 mlrd. 191,7 mln. manat vəsait xərclənib. Büdcənin icrasında 178,8 mln. manatlıq profisit yaranıb. Bu məbləğ ümumi daxili məhsulun 1,8%-i səviyyəsində olub. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
