Heqiqet.Az » dunya » Obama Vaşinqtonda 8 milyon dollara ev alıb


Obama Vaşinqtonda 8 milyon dollara ev alıb

1-06-2017, 12:12
Çap et
Obama Vaşinqtonda 8 milyon dollara ev alıb ABŞ-ın sabiq prezidenti Barak Obama paytaxt Vaşinqtonda kirayə qaldığı evi alıb.
“RİA-Novosti”-nin verdiyi məlumata görə, Barak və Mişel Obama cütlüyü paytaxtın prestijli rayonlarından birində yerləşən evə 8,1 milyon dollar ödəyib.
Sabiq prezidentin nümayəndəsi Kevin Luis bildirib ki, Obama ailəsi Vaşinqtonda 2,5 il, qızları Saşa məktəbi bitirənə qədər qalmağı planlaşdırır. Bu səbəbdən kirayədə qaldıqları evi almağa qərar verib.
Məlumata görə, həmin evdə 9 yataq və 8 hamam otağı var.
Qeyd edək ki, B. Obama 2009-2017-ci illərdə ABŞ-ın prezidenti olub.
Reytinq: