Heqiqet.Az » dunya » İraqda iki terror aktı nəticəsində ölənlərin sayı 74 nəfərə çatıb


İraqda iki terror aktı nəticəsində ölənlərin sayı 74 nəfərə çatıb

15-09-2017, 11:15
Çap et
İraqda iki terror aktı nəticəsində ölənlərin sayı 74 nəfərə çatıb İraqın cənubunda, Di-Kar vilayətində törədilən iki terror aktı nəticəsində həlak olanların sayı 74 nəfərə çatıb, daha 93 nəfər yaralanıb.
Bu barədə Al-Jazeera telekanalı vilayətin səhiyyə departamenti başçısının müavini Abdel Huseyn al-Cabriyə istinadla məlumat yayıb.
Xatırladaq ki, dünən silahlı şəxslər Nasiriyyə şəhərindən qərbdə kafeyə soxularaq müştərilərə atəş açıblar. Bundan bir qədər sonra yaxınlıqdakı nəzarət-buraxılış məntəqəsində minalanmış avtomobil partladılıb.
Ölənlər və yaralananlar arasında İran vətəndaşlarının da olduğu bildirilir.
Hər iki hücumun məsuliyyətinin İŞİD terror qruplaşması üzərinə götürüb.
Reytinq: