Heqiqet.Az » tehsil » Azərbaycanın çətin və ağır vəziyyətlərdən xilas edilməsində Heydər Əliyevin müstəsna rolu var


Azərbaycanın çətin və ağır vəziyyətlərdən xilas edilməsində Heydər Əliyevin müstəsna rolu var

18-04-2019, 15:41
Çap et
Azərbaycanın çətin və ağır vəziyyətlərdən xilas edilməsində Heydər Əliyevin müstəsna rolu var Hüseynova Aynur
Vahid qızı,
Bakı Xoreoqrafiya
Akademiyası
Kollecinin direktoru,
pedaqogika üzrə
fəlsəfə doktoru, dosent

------------------------

Ulu öndərin həyat və fəaliyyətinə nəzər salarkən əmin oluruq ki, O, bütün dövrlərdə öz doğma xalqına sədaqətlə xidmət etmişdir. 1993-cü ildə Azərbaycan xalqının tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra demişdir: «Mən ömrümün qalan hissəsini dəın çətin və ağır vəziyyətlərdən xilas edilməsində Heydər Əliyevin müstəsna rolu vardır.
1993-cü ildə Azərbaycanda yaranan böhran, gənc Azərbaycan Respublikasının müstəqilliyini 1918-ci ildə cəmi 23 ay qoruya bilən Azərbaycan Xalq Cümhuriyyətinin vəziyyətinə sala bilərdi. Məhz, Heydər Əliyevin fəaliyyəti sayəsində bunun qarşısı alındı və böhrana son qoyuldu. Bütün qanunsuz silahlı birləşmələr tərkisilah edildi və ölkə inkişaf etməyə başladı. İndi o illər sabitlik və inkişaf illəri Azərbaycanın dirçəliş illəri, Azərbaycanın xarici mövqelərini möhkəmləndirməsi illəri kimi və Bakı-Tbilisi-Ceyhan kimi neft müqaviləsini imzaladığı illər kimi bizim yaxşı yadımızdadır.
O, Azərbaycanı parçalanmaqdan, qardaş qırğınından, müstəmləkə təhlükəsindən, aclıq və səfalətdən xilas etdi. Ulu öndər deyirdi: «Mən bu əziyyəti çəkmək üçün doğulmuşam. Bu da mənim taleyimdir». Onun gəlişi ilə ölkədə yeni bir dövr, yeni təfəkkür mərhələsi başladı. Azərbaycan parçalanmaq təhlükəsindən xilas oldu və Azərbaycanın dövlət müstəqilliyi bundan sonra da uzun illər yaşayacaqdır.
Dahi öndər, böyük siyasi xadim Heydər Əliyevin dühası sayəsində Azərbaycan üzərində zülməti yaran, ölkə əhatəsinə sevinc bəxş edən bir günəş kimi çıxdı. Doğan bu günəş zülməti əridib yox etdi, xalqda sabaha, gələcəyə inam yaratdı. Bu gün ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi iqtisadi, mədəni, mənəvi siyasət proqramının təşkilatçılıq kursu etibarlı əllərdədir. Bu etibarlı əllərin sahibi əhalinin etibarlı təminatçısı ölkə Prezidenti cənab İlham Əliyevdir. Onun rəhbərliyi iqtisadi, mədəni mənəvi inkişafına, regionda sülhün və əmin-amanlığın qorunub saxlanmasına etibarlı təminatdır. Dahi şəxsiyyət Heydər Əliyev ocağının yetirməsi, onun siyasi kursunun etibarlı davamçısı və varisi cənab İlham Əliyev bu gün ən intellektual siyasətçi kimi artıq beynəlxalq arenada böyük nüfuz qazanmışdır. Azərbaycanda regionların inkişafı, şəhər və rayonların görkəminin gündən-günə yaxşılığa doğru dəyişməsi bilavasitə cənab İlham Əliyevin adı ilə bağlıdır.

P.S.: Ulu öndər Heydər Əliyev ideyalarına sadiqliyi, təhsil sahəsində göstərdiyi səmərəli fəaliyyəti, xalqa və dövlətə layiqli xidmətləri nəzərə alınaraq, Hüseynova Aynur Vahid qızı “Həqiqət.az” saytı tərəfindən “Sadiq Heydərçi” diplomuna layiq görülüb.
Bu münasibətlə onu təbrik edir və işlərində müvəffəqiyyətlər arzulayırıq.
Reytinq: