» » Bakıda istirahət mərkəzində yanğın olub


Bakıda istirahət mərkəzində yanğın olub

19-01-2020, 19:40
Çap et
Bakıda istirahət mərkəzində yanğın olub Bakıda yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, şəhərin Sabunçu rayonunda, istirahət mərkəzinin ərazisində ümumi sahəsi 25 m² olan taxta konstruksiyalardan ibarət kottec və bitişik ümumi sahəsi 25 m² olan digər kottecin ondulindən ibarət dam örtüyü 20 m² sahədə yanıb.
Kottecin qalan hissəsi və bitişik kotteclər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Reytinq: