Əlavə mina xəritələrinin təqdim edilməsi Azərbaycanın növbəti diplomatik qələbəsinə işarə edən vacib addımdır - konfliktoloq5-07-2021, 06:54
Çap et Bu barədə Sankt-Peterburqdan konfliktoloq, tarix elmləri üzrə namizəd Məmməd Məmmədov bildirib. Onu sözlərinə görə, minalanmış ərazilərin xəritələrinin alınmasının lazımi infrastrukturun yaradılması və məcburi köçkünlərin öz yurdlarına qayıtması da daxil olmaqla ərazilərin sürətli bərpasına kömək edəcəyini əminliklə söyləmək olar: "İkincisi, nəticədə, Rusiyanın bu çətin vaxtda münaqişədən sonrakı dövrdə normallaşma prosesində bilavasitə iştirak edərək dünya siyasətinin aparıcı aktorlarından biri kimi xal qazanması istəyini görürük. Ermənistandan danışırıqsa, o da udan tərəf oldu, çünki minalanmış ərazilərin xəritələri müqabilində 15 saxlanılan şəxsi geri alıb. İndi yalnız ümid edə bilərik ki, bununla Azərbaycan və Ermənistan Rusiyanın vasitəçiliyi ilə münaqişənin keçmiş tərəfləri arasında dialoqun tədricən inkişafına kömək edəcək böyük bir etimadın təməlini qoyurlar". Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
